Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

02 Oktyabr 2019, 11:37 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews, K.Orxan. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransı keçirib.

SalamNews xəbər verir ki, İİTKM tərəfindən hazırlanmış sosial islahatlara həsr olunan video-çarxı təqdim edən Vüsal Qasımlı bildirmişdi ki, əhalinin layiqli həyat şəraitini təmin edən sosial islahatlar aşağı inflyasiya və manatın sabitliyi şəraitində həyata keçirilir:

“Sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi 3.9 milyard manat maliyyə yükü ilə 4.2 milyon nəfəri əhatə edib.

2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılmış və 600 minədək insanı əhatə etmiş, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olmuşdur. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Nəticədə minimum aylıq əmək haqqı 130 manatdan 250 manata çatmışdır. Əmək haqlarının artımı öz təsirini ölkədə orta aylıq əmək haqqının da artımına göstərəcəkdir ki, bu da ilin sonuna doğru orta aylıq əmək haqqının orta hesabla 15 faiz artaraq təqribən 625 manata çatmasına imkan verəcəkdir.

Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. Buradan da göründüyü kimi ölkələr üzrə əmək haqları və sosial ödənişlərin nominal olaraq ABŞ dolları ilə ifadəsi müqayisə üçün yetərli deyil. Belə ki, alıcılıq qabiliyyəti pariteti ölkələr üzrə fərqlənir, iki ölkə üzrə eyni miqdarda vəsaitə sahib olan şəxslərin alacağı məhsullar eyni miqdarda olmayacaq. Bu da əhalinin yaşayış şəraitinə, sosial rifahına birbaşa təsir edən amillərdəndir. Bu səbəbdən ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “Beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür.

Beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595beynəlxalqdollargöstəricisi ilə 2-ci yerdə qərarlaşıb. Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir.

Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir. Bu o dəməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1.6 dəfə (Ermənistan-960 beynəlxalq dollar), Gürcüstandan 1.1 dəfə (Gürcüstan-1431 beynəlxalq dollar) çox olacaqdır.

Sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Belə ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılmışdır. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində  isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahınınyaxşılaşdırılmasına gətirib çıxaracaqdır. Ümumilikdə 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə etmiş olacaqdır. Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur.

Əmək haqqı və pensiya göstəricilərinin alıcılıq qabiliyyəti pariteti əsasında müqayisəsi göstərir ki, Azərbaycan MDB-də sosial göstəricilərə görə lider ölkədir. Bu da öz növbəsində ölkədə davamlı iqtisadi inkişaf və əhalinin layiqli həyat səviyyəsi ilə təmin olunması siyasətinin nəticəsidir.Azərbaycanda aparılan bütün islahatlar və onların nəticəsində iqtisadiyyatın artan imkanları əhalinin sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənir. Çünki cənab Prezidentin iqtisadi siyasətinin fövqündə Azərbaycan vətəndaşı dayanır.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə yüksək həddə çatıb

Vüsal Qasımlı: "Büdcədə investisiya və cari xərclərə yenidən baxılır"

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Vüsal Qasımlı: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər ehtiyat var

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi yüksəlir

Vüsal Qasımlı: Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

Vüsal Qasımlı: Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Vüsal Qasımlı startapçılarla görüşüb

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

10 İyul 2020, 11:14 (GMT +4)
Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssis qrupu göndərəcək

10 İyul 2020, 11:09 (GMT +4)
Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər

10 İyul 2020, 10:58 (GMT +4)
Seul merinin cəsədində zorakılıq əlamətləri aşkar edilməyib

10 İyul 2020, 10:53 (GMT +4)
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

10 İyul 2020, 10:41 (GMT +4)
Nigeriyada ordu qüvvələrinə hücum edilib, 35 hərbçi ölüb

10 İyul 2020, 10:33 (GMT +4)
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

10 İyul 2020, 10:15 (GMT +4)
Nazirlik: Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

10 İyul 2020, 10:12 (GMT +4)
Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

10 İyul 2020, 09:58 (GMT +4)
Pompeo BMT məruzəçisinin Qasim Süleymanin terror edilməsilə bağlı hesabatını kəskin tənqid edib

10 İyul 2020, 09:45 (GMT +4)
Türkiyədə 190 mindən çox insan koronavirusdan sağalıb

10 İyul 2020, 09:24 (GMT +4)
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib

10 İyul 2020, 09:20 (GMT +4)
Rusiyada koronavirus peyvəndinin sınaqlarının yekun mərhələsi keçirilir 

10 İyul 2020, 09:13 (GMT +4)
İran-İraq sərhədində atışma baş verib, yaralananlar var (VİDEO)

10 İyul 2020, 09:00 (GMT +4)
Azərbaycanın 41 şəhər və rayonunda qəbul imtahanları keçirilir

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66