Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

01 Oktyabr 2019, 18:06 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin MDU-da keçirilməsinin professor-müəllim və tələbə heyəti üçün mühüm hadisə olduğunu bildirib. Ş.Bayramov ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan BDU-nun adının Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı olduğunu, bu universitetin sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynadığını qeyd edib.

O, BDU-nun milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan ali təhsilinin ümumi mənzərəsini müəyyən edən aparıcı ali təhsil ocaqlarından biri olmasını diqqətə çatdırıb. Ş.Bayramov Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən yalnız bu universitetin daxil edildiyini bildirib. O, Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və xüsusilə də təhsil işçisinə böyük qürur hissi yaşatdığını vurğulayıb.

Ş.Bayramov MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və bu universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsinə hədəflənən fəaliyyətdə digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini qeyd edib. O, BDU-nun 100 illik yubileyinə həsr olunan görüş çərçivəsində əsası qoyulan BDU-MDU əməkdaşlığının paytaxt və region universitetləri arasında əməkdaşlığın nümunəvi modelinə çevrilə biləcəyinə əminliyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev MDU-nun professor-müəllim və tələbə heyətini salamlayıb və tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib.
Mingəçevir Dövlət Universitetinin fəaliyyət göstərdiyi illər ərzində xalqımızın ziyalı təbəqəsinin formalaşmasında mühüm rol oynadığını, milli təhsil sisteminin və mənəvi tərbiyə formalarının yaradılmasında xüsusi xidmətlər göstərdiyini bildirən rektor Elçin Babayev ali təhsilin bütün səviyyələri üzrə kadr hazırığını həyata keçirən universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Son vaxtlar universitetin həyatında böyük canlanma müşahidə edildiyini bildirən rektor aparılan islahatların Mingəçevir Dövlət Universitetinin nüfuzunun daha da yüksələcəyinə, beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə yüksəkixtisaslı mütəxəs¬sis¬ hazırlığına təkan verəcəyinə və respublika əhəmiyyətli ali təhsil müəssisəsinə çevriləcəyinə inamını ifadə edib.
Tədbirdə çıxış edən BDU rektorunun müşaviri Əliş Ağamirzəyev iki universitet arasında əməkdaşlıq üçün potensial imkanların mövcudluğunu və bu istiqamətdə real işlərin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Sonra BDU-nun məzunu, MDU-nun “İqtisadiyyat” kafedrasının müdiri Cəmilə Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini aldığı universitetdə keçirdiyi tələbəlik illərindən bəhs edib və 100 yaşı qeyd olunan universitetin professor-müəllim heyətinin onun karyera inkişafında mühüm rol oynadığını bildirib. C.Musayeva məzunu olduğu BDU-nun hazırda fəaliyyət göstərdiyi MDU-da keçirilən yubiley tədbirində çıxış etmək imkanı əldə etməsindən fəxarət hissi keçirdiyini və belə bir universitin məzunu olması ilə qürur duyduğunu vurğulayıb.
Görüşün sonunda BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sənəd iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə qarşlıqlı faydalı real əməkdaşlığın yaradılmasını nəzərdə tutur.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tokio-2020: Boksçumuz Məhəmməd Abdullayev mübarizəni dayandırıb

Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

BDU-nun dosenti vəfat edib

Ata Abdullayevin həbs müddəti uzadılıb

Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşüb

Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb

Kikboksçumuz Pərviz Abdullayev 50-ci qələbəsini qazanıb

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Misir prezidenti Əbdül-Fəttah Sisi Qətərin əmirinə məktub yazıb

"Neftçi" Mirabdulla Abbasovla müqaviləni uzadıb

Rövnəq Abdullayev IJF prezidenti ilə görüşüb

Azərbaycan Rus İcması Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatla çıxış edib

Rövnəq Abdullayev yenidən İJF İcraiyyə Komitəsinə üzv seçilib

Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib

BDU-nun professoru vəfat edib

Ərəb dövlətləri İordaniyada çevrilişə cəhdlə bağlı kral İkinci Abdullaha dəstək veriblər

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Baş Prokurorluq Ata Abdullayevin həbsini təsdiqləyib

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb

04 Avqust 2021, 00:45 (GMT +4)
“Neftçi”nin orta xətti çox yaxşıdı - HİK-in baş məşqçisi

04 Avqust 2021, 00:33 (GMT +4)
Samir Abasov: Transferlər yüz faiz olacaq

03 Avqust 2021, 23:15 (GMT +4)
"Neftçi" Finlandiya klubu ilə heç-heçə edib

03 Avqust 2021, 20:41 (GMT +4)
Mənim üçün bundan böyük qələbə yoxdur - Rafiq Hüseynov

03 Avqust 2021, 19:00 (GMT +4)
"Qarabağ"ın futbolçusu keçmiş klubu ilə vidalaşıb

03 Avqust 2021, 17:58 (GMT +4)
Bakıda kişi arvadını qətlə yetirib, qonşusunu və daha bir nəfəri bıçaqlayıb

03 Avqust 2021, 17:52 (GMT +4)
Bolqarıstanın cənub-qərbində yanğınlar davam edir, xəsarət alanlar var

03 Avqust 2021, 17:49 (GMT +4)
Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 17:38 (GMT +4)
Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub

03 Avqust 2021, 17:30 (GMT +4)
Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür

03 Avqust 2021, 17:16 (GMT +4)
Son iki ayda Əfqanıstanda 80 min uşaq qaçqın vəziyyətinə düşüb

03 Avqust 2021, 15:33 (GMT +4)
İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

03 Avqust 2021, 15:22 (GMT +4)
AQTA: Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır

03 Avqust 2021, 15:15 (GMT +4)
Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

03 Avqust 2021, 15:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməniyə qalib gəlib

03 Avqust 2021, 15:02 (GMT +4)
Rayonlarda DOST Mərkəzlərinin filalları yaradılacaq

03 Avqust 2021, 15:00 (GMT +4)
Türkiyə Tokio-2020-də növbəti medalını qazanıb

03 Avqust 2021, 14:56 (GMT +4)
Hökumət qüvvələri və yerli könüllülər Hərat şəhərində Talibana müqavimət göstərirlər, onlarla ölən var

03 Avqust 2021, 14:51 (GMT +4)
ABŞ Konqresini müdafiə edən dörd zabit intihar edib

03 Avqust 2021, 14:50 (GMT +4)
“Sabah”la “Qəbələ” yoxlama oyunu keçirəcək

03 Avqust 2021, 14:48 (GMT +4)
Şənlik mərasimlərində iştirak edən 230 min qonağın sənədlərinə baxılıb

03 Avqust 2021, 14:39 (GMT +4)
Cari ilin yanvar-iyul aylarında DGK büdcə öhdəliyinə 113% əməl edib

03 Avqust 2021, 14:30 (GMT +4)
Qurban Qurbanov: “Qarabağ” AEL-i də məğlub etməlidir” – (VİDEO)

03 Avqust 2021, 14:24 (GMT +4)
Google payızda Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edəcək

03 Avqust 2021, 14:19 (GMT +4)
“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov 1/4 finalda Levon Aronyanla üz-üzə gələcək

03 Avqust 2021, 14:16 (GMT +4)
Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

03 Avqust 2021, 14:09 (GMT +4)
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

03 Avqust 2021, 14:06 (GMT +4)
İsrail Avropa İttifaqı rəsmilərinin İran prezidentinin andiçmə mərasiminə qatılmasını qınayıb

03 Avqust 2021, 13:59 (GMT +4)
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb

03 Avqust 2021, 13:52 (GMT +4)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66