Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda çoxdan gözlənilən “Grass Azərbaycan” mağazasının açılışı olub (FOTO)

01 Oktyabr 2019, 17:10 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews.Bu gün Bakıda Rusiyanın məşhur "Grass" zavodunun Azərbaycanda rəsmi nümayəndəsi olan "Grass Azərbaycan" şirkətinin yeni mağazasının açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, açılış mərasimində "Grass Azərbaycan" şirkətinin direktoru Fikrət Məmmədov, Milli Məclisin deputatı Adil Əliyev, Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, jurnalistlər, tanınmış ictimayyət xadimləri iştirak ediblər.

Məlumat verilib ki, "Grass" markası 16 il bundan əvvəl Rusiyada yaranıb. Artıq dünyanın 60-dan çox ölkəsində bu markanın məhsulları satılır. Keyfiyyətinə və qiymətinə, görə bu məhsullar dünyada ən çox bəyənilən məhsullardan sayılır.

"Grass Azərbaycan" şirkətinin direktoru Fikrət Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, təmsil etdiyi şirkət əvvəllər topdan və satış təmsilçisi kimi fəaliyyət göstərirdi. Artıq bu gündən Bakıda Nərimanov rayonunda "Grass Azərbaycan" şirkətinin yeni mağazası fəaliyyət göstərir. Bu mağazanı açmaqda əsas məqsəd şirkətin 700-dən çox məhsulunu müştərilərə əyani şəkildə göstərməkdir. Ona görə də bu mağaza vasitəsi ilə müştərilərə həm avadanlıqları həm də müxtəlif çeşidli olan məhsulları əyani şəkildə göstərmək mümkün olacaq.

Məhsullar əsasən bütün yuyucu, təmizləyici və dezninfeksiya sferasını əhatə edir. Bununla yanaşı avtomobillərin yuyucu, baxıcı, kimyəvi təmizlənməsi üçün lazım olacaq hər bir məhsul burada var. Həmçinin maye sabunlar, tibb ocaqları üçün xüsusi dezinfeksiya olunmuş mayelər,təmziləyici məhsullar var.

F.Məmmədov əlavə edib ki, "Grass" şirkətinin hazırda Bakıda bir dükanı fəaliyyət göstərir. Ölkənin şimal və cənubunda həmçinin Gəncə şəhərində nümayəndəlikləri var. Bakı şəhəri üzrə 8 satış təmsilçisi fəaliyyət göstərir. Yaxın vaxtlarda Sumqayıtda və Gəncədə yeni mağazalar açılacaq. Hazırda isə "Grass" markasının bütün məhsullarını həm sayt həm də sosial şəbəkələr vasitəsi ilə onlayn şəkildə sifariş etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İdmançı səfirlər "Domestic Grassroots" proqramı çərçivəsində master-klass keçirdirlər

16 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30% azalıb

16 Oktyabr 2019, 17:45 (GMT +4)
Çavuşoğlu: Türkiyə ABŞ sanksiyalarına cavab verəcək

16 Oktyabr 2019, 17:43 (GMT +4)
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

16 Oktyabr 2019, 17:35 (GMT +4)
İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

16 Oktyabr 2019, 17:33 (GMT +4)
Ərdoğan görüşməyi rədd etsə də Mayk Pens Ankaraya gələcək - Ağ Ev

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Suriya ordusunun açdığı atəş nəticəsində iki əsgər şəhid olub - Ərdoğan

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Avropa öhdəliklərini yerinə yetirə bilmir, İranın səbri tükənir - Cavad Zərif

16 Oktyabr 2019, 17:01 (GMT +4)
Rektor tələbələrə yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb

16 Oktyabr 2019, 16:56 (GMT +4)
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

16 Oktyabr 2019, 16:52 (GMT +4)
Prezidentin fərmanı ilə Azərbaycanda yeni Agentlik yaradılıb

16 Oktyabr 2019, 16:35 (GMT +4)
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2,2 milyonu keçib

16 Oktyabr 2019, 16:30 (GMT +4)
Kreml Türkiyənin Suriyadakı əməliyyatının miqyasını dəyərləndirib

16 Oktyabr 2019, 16:06 (GMT +4)
"Azərsun Holdinq" mükafata layiq görülüb

16 Oktyabr 2019, 16:05 (GMT +4)
SOCAR: Bu il 53 quyu qazılaraq mədənçilərə təhvil verilib

16 Oktyabr 2019, 15:59 (GMT +4)
Suriya Ordusu kürdlərin nəzarətindəki ən böyük şəhərə daxil olub

16 Oktyabr 2019, 15:57 (GMT +4)
ATƏT MQ həmsədri: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Slovakiyada baş tuta bilər

16 Oktyabr 2019, 15:48 (GMT +4)
Baş Prokurorluq işçi qəbulu elan edib

16 Oktyabr 2019, 15:27 (GMT +4)
Əməliyyat təhlükəsizlik zonası terrorçulardan təmizlənənə qədər davam edəcək - Ərdoğan

16 Oktyabr 2019, 15:20 (GMT +4)
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb

16 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycan elektrik enerjisinin ixracını bu il 14% artırıb

16 Oktyabr 2019, 14:57 (GMT +4)
Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağı xatırlasın - Ərdoğan

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66