Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Geologiya və Geofizika İnstitutu yeni kataloq hazırlayıb

30 Sentyabr 2019, 10:20 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews.AMEA Geologiya və Geofizika İnstitutu yeni kataloq hazırlayıb.

SalamNews xəbər verir ki, elmi əhəmiyyətinə və formasına görə maraq doğuran çoxsaylı təbiət nümunələrinin qorunduğu AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Geoloji-Mineraloji muzeyi 1993-cü ildə təşkil olunub. Muzeyin ekspozisiyası Azərbaycanın müxtəlif regionlarından toplanmış mineral, süxur, filiz, fauna və floraya həsr olunub. İyirmi ildən çox bir müddət ərzində muzey öz fəaliyyət sahəsini xeyli genişləndirə bilib. Belə ki, İnstitut əməkdaşlarının – akademiklər Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, M.M.Əliyev, A.A.Əlizadənin, həmçinin bir neçə nəslə mənsub olan böyük geoloqlar kollektivinin Böyük və Kiçik Qafqazın müxtəlif regionlarında geoloji tədqiqat məqsədi ilə apardıqları çöl işləri zamanı toplanmış materiallar muzey eksponatlarının miqdarını maksimuma çatdırıb. Burada Azərbaycanın neftli-qazlı regionlarından (Abşeron, Bakı arxipelaqı, Kür çökəkliyi, Yevlax,Ağcabədi və b.) gətirilmiş böyük miqdarda kernlər də yer alıb. Muzeydəki mineral, süxur, fauna və flora eksponatları sistemləşdirilib və məlumat bankı tərtib olunub ki, bu da onları daha geniş elmi ictimaiyyətə təqdim etmək məqsədini daşıyır. 500-dən çox mineral və süxur, 200-dən çox fauna və flora nümunəsi muzeyin zalında və İnstitutun dəhlizlərindəki vitrinlərdə nümayiş etdirilir.

Minerallar filiz və qeyri-filiz mineral qruplarına ayrılıb. Muzey zalında və dəhlizlərdə çökmə, maqmatik (intruziv və effuziv) və metamorfik süxurlardan götürülmüş nümunələr, həmçinin inşaat materialları və üzlük daşlar da sərgilənib. Muzey və İnstitutun dəhlizlərindəki vitrinlər paleontoloji materiallarla da zəngindir. Nümayiş olunan materiallar devon, perm, yura, təbaşir, paleogen, neogen, dördüncü dövr faunası ikitayqabıqlılar, mərcanlar, ammonitlər, belem¬nitlər, dəniz kirpiləri və başqalarından ibarətdir. Bu zəngin fauna kolleksiyası Azərbaycanın strukturfasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemlərinin qurulmasında, müxtəlif mərtəbələr üzrə monoqrafiyaların yazılmasında, paleocoğrafi xəritələrin tərtib edilməsində faktiki material qismində istifadə edilə bilər.

Geoloji-Mineraloji muzeyin eksponatları İnstitut əməkdaşları ilə yanaşı gənc alim və dissertantların da işinə yarayır. Tələbə və magistrlər muzeyin eksponatları ilə əyani tanış olmaq, onlar haqqında məlumat bankından istifadə etmək imkanı əldə edirlər. Beləliklə, elmi kadrların hazırlanmasında muzeyin fəaliyyəti əsas yerlərdən birini tutur. Muzey digər tərəfdən eksponatlarının lazımi səviyyədə saxlanılmasını, onlar haqqında yeni çapdan çıxmış ədəbiyyatın toplanmasını təmin edir. Burada görkəmli alimlərin yaradıcılıq fəaliyyəti də geniş əks etdirilir.
Muzey öz fəaliyyətini genişləndirmək məqsədi ilə Respublikanın basqa muzeyləri ilə sıx əlaqə saxlayır, bəzi eksponatların yeniləri ilə dəyişdirilməsini təşkil edir və sistemləşdirmə işini mütəmadi həyata keçirir.

Beləliklə, Geoloji-Mineraloji muzeydə toplanmış bir-birindən gozəl və əhəmiyyətli mineral, süxur, filiz, fauna və s. nümunələr bütün təbiətsevənlərdə böyük maraq doğurur. Daha bir maraqlı fakt da odur ki, Geoloji-Mineraloji muzeyi eksponatlarının ilk kataloqu “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.Layihənin rəhbəri akademik Akif Əlizadə, nəşrə məsul GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovdur.

Kataloqun fotolarını Şirməmməd Nəzərli və Tofiq Rəşidov çəkib


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66