Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Bakıda saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri saxlanılıb 

28 Sentyabr 2019, 14:40 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvlərini əməliyyat tədbirləri nəticəsində saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyənləşdirilərək tutulublar. Taksi sürücülərinə qarşı dələduzluq etmək təklifini dəstənin üzvü E.Kazımovun irəli sürdüyü müəyyənləşdirilib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonlarında metro stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb. Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib. Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı ilə ona verilən arayışların saxta olduğunu anlayıblar.

Qeyd edək ki, saxlanılan dəstə üzvlərindən biri V.Zöhrabovun üzərində axtarış aparılan zaman onda 0,420 qram çəkidə heroin aşkarlanıb.

Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düşməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda avtomobil qadını vuraraq öldürüb

“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

Məkkə-Mədinə yolunda zəvvar avtobusu yanıb - Azı 35 nəfər həlak olub (FOTO)

Qusarda yeni qadın resurs mərkəzi açılıb

Suriya Ordusu Türkiyə sərhədində yerləşən strateji Kobani şəhərinə daxil olub (VİDEO)

"Azərsun Holdinq" mükafata layiq görülüb

Fransada Türkiyə konsulluğunu yandırmaq cəhdinə görə 3 nəfər saxlanılıb

ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib

ABAD kəndlərdə yaşayan qadınlara böyük dəstək verir

XİN İsveçrədə fəaliyyət göstərən “Kuhner Fondu”nun üzvlərinin adını "qara siyahı"dan çıxarıb

Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

İran-Azərbaycan sərhədində insident baş verib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66