Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Birinci vitse-prezidentə həsr olunmuş miniatür kitabın təqdimatı olub

28 Sentyabr 2019, 14:29 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. İçərişəhərdəki Miniatür Kitab Muzeyində “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.

SalamNews xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bu günədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət - Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır.

Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.

Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

Qeyd olunub ki, “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu ildə “Indiqo” nəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60x70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.

Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli fəaliyyətindən söz açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının bütün sahələrində müstəsna xidmətlərini, onun hər bir azərbaycanlıya həssas diqqətini və sonsuz qayğısını, Birinci vitse-prezident, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına həsr olunmuş möhtəşəm layihələri, onun Azərbaycan qadınlarının lideri və onlara örnək olduğunu, öz ölkəsini dünyanın bütün guşələrində layiqincə təmsil etdiyini vurğulayıblar. Çıxışlarda Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların, ümumtəhsil məktəblərinin, mədəniyyət və sosial obyektlərin tikintisi istiqamətində fəaliyyətindən, şəhid ailələri və məcburi köçkünlərə göstərdiyi yardımlardan bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət sahələrinə öz töhfəsini verib.

Müəllif nəfis tərtibatlı kitaba epiqraf kimi Mehriban Əliyevanın bu sözlərini sitat gətirib: "Hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə sırf təsadüfə inanıram, nə də dünyanın əvvəlcədən dəqiq müəyyən olunması fikrinə. Mən Allaha və insanın imkanlarına inanıram”.

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban xanım Əliyevanın həyatın bir çox sahələrində çoxşaxəli və uğurlu fəaliyyətini qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.

Müəllif yazır: "Həm öz xanımının çiyninə dövlət məsuliyyətinin ağır yükünü qoymuş Prezidentin, həm də birinci xanımın özünün cəsarətinə heyran qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün çox da yaxşı olmayan vaxtda başlayır - gözlənilmədən gələn postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər və bütün dövlət mexanizminin dərin islahatını tələb edir". Xalq yazıçısı qeyd edir ki, Mehriban Əliyevanın özü üçün prioritetlər son dərəcə aydındır, axı o, əvvəllər də onları rəhbər tutub: "Onun fikrincə, bu prioritetlər, ilk növbədə, humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək və fikirlərini öyrənmək məharəti, insanpərvərlik, şəfqət və qarşılıqlı hörmətdir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Putin Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva KİV nümayəndələrini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət edib

Birinci vitse-prezident 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Birinci vitse-prezident: Biz daha da güclü olmalıyıq və olacağıq

Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

Birinci vitse-prezident bütün polis əməkdaşlarını təbrik edib

Birinci vitse-prezident səhiyyə işçilərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

Birinci vitse-prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şura Birinci vitse-prezidentin təşəbbüsünə qoşulub

İsmayıllı rayonu Birinci vitse-prezidentin təşəbbüsünə qoşulub

Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət edib

Birinci vitse-prezident Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Azərbaycanın xristian icmasını təbrik edib

Birinci vitse-prezident Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Birinci Vitse-prezident Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

19 Sentyabr 2020, 12:28 (GMT +4)
Xaçmazda polis əməliyyat keçirib

19 Sentyabr 2020, 12:08 (GMT +4)
Azərbaycanda özəl sektorun diaqnostikası hazırlanacaq

19 Sentyabr 2020, 12:08 (GMT +4)
İngiltərədə koronavirus pandemiyasının ikinci dalğası  qaçılmazdır - Boris Conson

19 Sentyabr 2020, 11:54 (GMT +4)
Sepah Trampa xitab edərək, Qasim Süleymaninin intiqamının hökmən alınacağını bildirib

19 Sentyabr 2020, 11:43 (GMT +4)
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66