Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib (FOTO)

28 Sentyabr 2019, 15:53 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan “Nəsimi” antreprizası təqdim olunub.

SalamNews xəbər verir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.

Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət “Nəsimi” sərgisi nümayiş etdirilib.

Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.

Sonra “Nəsimi” antreprizası nümayiş olunub.

Plastik üslubda təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edir. Başlanğıcda qanunla ifa edilən musiqidəki hər bir not Nəsiminin ideologiyasının və onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq doğru yola istiqamətlənməsi, bu yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması, onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük məharətlə təqdim olunur.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova, Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov və başqaları ifa ediblər. Tamaşa üçün xüsusi səhnə qurulub, 20-dən çox musiqi bəstələnib, özəl kostyumlar tikilib, əlilliyi olan şəxslərlə işləyən xoreoqraf dəvət olunaraq xüsusi plastik həllərdən istifadə edilib.

Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin hərəkət məhdudiyyətli olmalarına baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri və s. ilə Nəsimi şeiriyyətinin ruhunu, fəlsəfəsini, ümumən Nəsimi dühasını 55 dəqiqəlik tamaşa boyu auditoriyaya dolğun şəkildə çatdıra biliblər.

Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər ildən-ilə geniş vüsət alır. Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onlar üçün reabilitasiya imkanlarının genişləndirilməsində, sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin böyük rolu var. Heydər Əliyev Fondu bu sahəyə, eyni zamanda, əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması işlərinə mühüm töhfələr verib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərir. Leyla Əliyevanın fiziki məhdudiyyətli insanlara, sosial müəssisələrin sakinlərinə xeyirxah, qayğıkeş münasibəti, habelə həmin müəssisələrə tez-tez gedərək onlarla görüşməsi bunun bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarının dəstəklənməsi sahəsində layihələr həyata keçirir. Həmin məqsədlə ümumrespublika səviyyəli sərgi-yarmarkalar, baxış müsabiqələrinin təşkili, xüsusi bacarıqları ilə fərqlənən əlilliyi olan şəxslərin mükafatlandırılması tədbirləri ənənəvi xarakter alıb. Nazirlik tərəfindən ilk dəfə olaraq sosial müəssisələrin istedadlı sakinlərinin yaradıcılıq fəaliyyətini əhatə edən, 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərindədir.

Əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanlarını və repertuarını xeyli genişləndirib. Bu dəstək nəticəsində teatrın Moris Meterlinkin “Göy quş” pyesi əsasında hazırladığı eyniadlı tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Hazırlanan “Nəsimi” antreprizası da bu sahədə uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin Nəsimi yaradıcılığına böyük maraq və məhəbbətini özündə ifadə edir.

Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə də bir sıra yeni uğurlu layihələr həyata keçirməyi nəzərdə tutur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondu tərəfindən Xaçmazda təmir edilmiş məktəbin açılışı olub 

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

Birinci vitse-prezident 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondu konsert proqramı hazırlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə cinayət işi başlanıb

Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi açılıb 

Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq sovqatı çatdıracaq

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası davam edir (FOTOLAR)

Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib

21 Sentyabr 2020, 09:27 (GMT +4)
İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

21 Sentyabr 2020, 09:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

21 Sentyabr 2020, 09:20 (GMT +4)
Trampa zəhər göndərməkdə şübhəli bilinən şəxs tutulub

21 Sentyabr 2020, 09:15 (GMT +4)
Prezident: Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində

21 Sentyabr 2020, 09:12 (GMT +4)
ABŞ birtərəfli qaydada İrana qarşı sabiq beynəlxaql sanksiyalara start verdiyini bildirib

21 Sentyabr 2020, 09:00 (GMT +4)
Azərbaycana şəxsi istifadə üçün gətirilən malların qaydası sərtləşdirilib

20 Sentyabr 2020, 15:22 (GMT +4)
Bakcell neftçiləri təbrik edib

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66