Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizdəki səfirliyində olub

27 Sentyabr 2019, 15:01 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

SalamNews xəbər verir ki, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdılar.

Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi: Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Səfir Zakari QROS dedi: Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66