Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

27 Sentyabr 2019, 16:08 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews.Sentyabrın 27-da Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

SalamNews xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Açılışda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını söyləyib.

Qeyd edib ki, sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masa”ların, müzakirələrin aparılacağını bildirib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.

Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə.Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş Nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

“Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Letterpress” və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurub.

Sərgidə, həmçinin İranlı Mühacirlər Cəmiyyəti öz stendləri ilə çıxış ediblər.

Qeyd edək ki, sərgi sentyabrın 29-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP ilə Mədəniyyət Nazirliyi arasında sənəd imzalanıb

Mədəniyyət Nazirliyi 2019-cu il üçün müsabiqə elan edib

Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılıb

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66