Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

27 Sentyabr 2019, 09:07 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının ümumi müzakirələr hissəsində çıxışını şərh edib.

SalamNews xəbər verir ki, H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub:

"Bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxış edərək Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 5 iyul 1921-ci ildə Kommunist partiyasının Mərkəzi Komitəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar vermişdir. Ermənilərin yalan iddialarına baxmayaraq, burada “Dağlıq Qarağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmayıb.

Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi aktiv şəkildə dəstəklənib.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının Sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi " və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəliklərini ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir.

Xatırlatmaq istərdik ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir.

II Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nurenberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin “Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunmuşdur.

Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etmiş, işğal edilmiş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayır. Həmçinin, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq, demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə BMT TŞ Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını, mülki insanlara qarşı hücumları və Azərbaycanın məskunlaşmış ərazilərinin bombarduman edilməsini pisləyir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Həmçinin, BMT TŞ-nın qətnamələrində güc tətbiq edərək ərazinin əldə edilməsinin qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistan BMT TŞ-nın və digər beynəlxalq təşkilatlarının qərar və qətnamələrinə məhəl qoymur.

Onu da xatırlatmaq istərdim ki, BMT nizamnaməsinin 25-ci bəndinə görə “BMT üzv dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını bu nizamnaməyə əsasən qəbul etməli və həyata keçirməlidirlər”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun üzvlərinin mandatının əsasını da TŞ-nın müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

Üçüncüsü, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT TŞ-nın qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir. AİHM-nin verdiktinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu və işğalı davam etdirməsi münaqişənin əsl mahiyyətini açıq şəkildə sübut edir.

Bununla bərabər, əgər Ermənistan rəhbərliyi bu münaqişəni insan hüquqları kontekstində təqdim etmək istəyirsə, onda ölkəsinin bir milyondan artıq Azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni və onların fundamental hüquqlarının pozulmasını etiraf etmiş olur. İnsan hüquqları universal xarakter daşıyır, işğal və həbi təcavüz yolu ilə bir milyondan artıq Azərbaycanlının fundamental hüquqlarını pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır.

Dördüncüsü, Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı və erməni icmaları vardır.

Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, Azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünü idarəetmə modeli müəyyən olunmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkrarən istinad etdiyi 9 mart 2019-cu il tarixli bəyanatda münaqişənin həlli üzrə yol xəritəsi təsvir olunub.

Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyildir. Münaqişənin tezliklə həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, hal-hazırda ağır şəraitdə yaşayan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının güzaranının yaxşılaşmasına, Ermənistanın özünün inkişafına gətirib çıxara bilər.

Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi, populist və demaqoqik arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir

Hikmət Hacıyev: Futbol siyasiləşdirilməməlidir

Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

Hikmət Hacıyev Cenevrədə beynəlxalq konfransda iştirak edib

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

Hikmət Hacıyev Almaniyada səfərdə olub

Ermənistanın işğalçılıq siyasəti - regionda sülh və sabitlik üçün təhlükədir - Hikmət Hacıyev

Hikmət Hacıyev: Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb

Hikmət Hacıyev: Nikol Paşinyanın iddiaları danışıqların mahiyyətinə və formatına ziddir

Hikmət Hacıyev Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davos görüşünü şərh edib

Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək

Hikmət Hacıyev: "Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir"

Hikmət Hacıyev: Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

Ermənistanın KTMT-nin baş katib vəzifəsini özündə saxlamaqla bağlı səyləri iflasa uğrayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri təyin edilib

Hikmət Hacıyev: Azərbaycan və Belarus arasında xüsusi münasibətlər var

Hikmət Hacıyev: Ermənistan Suriyadakı vəziyyətdən istifadə edərək Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür

Hikmət Hacıyev: Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır

13 Noyabr 2019, 13:02 (GMT +4)
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 12:50 (GMT +4)
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

13 Noyabr 2019, 12:24 (GMT +4)
"Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

13 Noyabr 2019, 12:22 (GMT +4)
ABŞ Boliviyadakı məmurları geri çağırır

13 Noyabr 2019, 12:17 (GMT +4)
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

13 Noyabr 2019, 12:10 (GMT +4)
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 15-ə çatıb (VİDEO)

13 Noyabr 2019, 12:03 (GMT +4)
Bakıda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb

13 Noyabr 2019, 11:54 (GMT +4)
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli ötüb

13 Noyabr 2019, 11:45 (GMT +4)
Boliviyada ordu prezidentin səlahiyyətlərini icra edən Janin Agnesə dəstək verib

13 Noyabr 2019, 11:36 (GMT +4)
Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

13 Noyabr 2019, 11:32 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

13 Noyabr 2019, 11:16 (GMT +4)
Ərdoğan Vaşinqtonda dəyirmi masada iştirak edib

13 Noyabr 2019, 11:12 (GMT +4)
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

13 Noyabr 2019, 11:01 (GMT +4)
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd edib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

13 Noyabr 2019, 09:38 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

13 Noyabr 2019, 09:25 (GMT +4)
Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

13 Noyabr 2019, 09:18 (GMT +4)
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

13 Noyabr 2019, 09:05 (GMT +4)
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66