Kreml Tramp və Zelenskinin arasındakı söhbətin mətninin açıqlanmasına münasibət bildirib26 Sentyabr 2019, 13:58 (GMT +4) Bakı, 26 sentyabr, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan söhbətin stenoqrafik yazısının yayımlanmasına münasibət bildirməyəcəyini açıqlayıb. Peskov bildirib ki, bu iki ölkənin daxili işidir. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, Kremlin bu məsələyə necə münasibət göstərdiyinə dair bir suala Peskov belə cavab verib: "Bu barədə şərh verməyəcəyəm".
"Bu, müstəsna olaraq ABŞ və Ukraynanın daxili məsələsidir, xüsusən bu qarşılıqlı razılıq əsasında baş tutubsa. Ümumiyyətlə etiraf etmək lazımdır ki, istər telefon danışığı olsun, istərsə də üz-üzə söhbət olsun stenoqrafik yazını yayımlamaq diplomatik görüşlərdə tez-tez rast gəlinmir", Peskov deyib.
|