Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

25 Sentyabr 2019, 18:01 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.

SalamNews xəbər verir ki, sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.
Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunmasıxətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb.Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri “Axtarış bazası”, “Vergi təqvimi” və “Elektron xidmətlər” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni “Vergi ödəyicilərinə” bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran “Vergi bələdçisi”, “Vergiləri necə ödəyək”, “Biznesə necə başlamalı”, “Mühasibat uçotu”, “ASAN imza”, “Əmək müqaviləsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında məlumatın öyrənilməsikimi alt bölmələr yer alıb.Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək “Vergi testi” bölməsinə əlavə edilib.

Qeyd edək ki, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi2001-ci ildən fəaliyyət göstərir. Ötən dövrlər əzrindəsayt bir neçə dəfə təkmilləşdirilib. Bugünədək Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Humay" ("İlin ən uğurlu internet layihəsi" nominasiyası), iki dəfə "Netty" ("İlin ən yaxşı dövlət saytı" nominasiyası), "Milli NET" ("Ən yaxşı dövlət və bələdiyyə saytları" nominasiyası), "İntellekt" ilin layihəsi Mükafatına ("Maliyyə" nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq "World Summit Award" ("E-Hökumət" nominasiyası) mükafatlarına layiq görülüb.

Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə layiq görülüb.
2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4.389.867 olub.

Nəzərinizə çatdıraq ki, hazırda saytın rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır.İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib

Vergilər Nazirliyi xidmət mərkəzlərində məhdudiyyətlər tətbiq edib

Vergilər Nazirliyi test imtahanın tarixini dəyişib

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:22 (GMT +4)
Nuran Abdullayev: Hər bir Azərbaycan vətəndaşı virusla mübarizədə dəstək olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66