Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

25 Sentyabr 2019, 12:27 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews, K.Orxan. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton keçirilib. 

SalamNews xəbər verir ki, tədbirdə Azərbaycan Beynəlxalq Bankının, ölkəmizdə fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri, eləcə də aparıcı startapların təmsilçiləri iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, belə bir ekonotonun təşkilində əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və dəyərləndirilməsi, ölkəmizdə startap ekosisteminin inkişafı üçün yeni təkliflərin formalaşdırılmasıdır: “Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı, biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirilir. İnformasiya və rabitə xidmətləri bu ilin ilk 8 ayında 17,6 faiz artaraq 1,4 milyard manata çatıb. Çünki Azərbaycanın innovativ şirkətləri öz məhsullarını və ximətlərini ixraca yönəldir. Bununla yanaşı, startapların dünya çapına çıxması üçün mentorluq, prototip məhsulların hazırlanması, kraudfandinq, kraudinvestinq, mələk investor, toxum investor, vençur kapitala çıxışın təmin edilməsi sahəsində fəaliyyətlərin əlaqələndirilməsi zərurəti var. EnterpriseAzerbaijan.com portalı özünün kickstarter platforması ilə bu sahədə fəaliyyət göstərir. Təkcə 2016-2018-ci illərdə dünyada startaplar 2,8 trilyon dollar dəyər yaradıb.4 cü Sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan böyük potensiala malikdir.”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin, eləcə də startap ekosisteminin formalaşdırılması istiqamətində atılan addımların bank üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Düşünürük ki, Azərbaycan Beynəlxalq Bankının Mərkəzlə əməkdaşlıq əlaqələrinin inkişafı xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işlərinin aparılması baxımından faydalı olacaq. Bu əməkdaşlıq bizə Azexport portalının imkanlarından istifadə edənlər üçün bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”.

Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov “Kickstarter: Azərbaycan startaplarının dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkanları” mövzusunda təqdimat edib. O bildirib ki, Azexportun Alibaba və digər beynəlxalq portallarla qurduğu iş modelinin uğurunu nəzərə alaraq, həmin modeldən digər istiqamətlərdə, o cümlədən startap layihələrinin beynəlxalq bazarlara çıxarılması üçün istifadə etmək qərarına gəliblər: “Ancaq beynəlxalq səviyyədə qəbul edilən və tanınan layihələr inkişaf edə və uğur qazana bilər. Kickstarter hesabımızı təmənnasız bölüşməyə hazırıq. Bununla bağlı müsabiqə elan ediləcək, müsabiqənin qaliblərinə layihəsini Kickstarter-ə uyğun hazırlamaq üçün qrantlar təqdim ediləcək və nəhayət, Kickstarter-də hədəf məbləğin 50%-i toplayan startapçıya investisiyanın digər 50%-i miqdarında dəstək təşkil ediləcək. Bununla da startapçıların məqsədə gedən yolu sadələşəcək.”

Təqdimatın ardınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası və s. məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM Oxford Universitetində təqdimat edib

İİTKM Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İİTKM təcrübə proqramı elan edib

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

İİTKM: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir

İİTKM-da ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

İİTKM ABŞ biznes şurası ilə memorandum imzalayıb

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM yerli şirkətlərin nümayəndələri üçün təlim keçib

İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

İİTKM Lənkəranda ictimai müzakirə təşkil edib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66