Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Tanınmış rəssam Əli Əliyevin fərdi rəsm sərgisi açılıb

25 Sentyabr 2019, 10:30 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Əli Əliyevin “Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi açılıb.

SalamNews xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın 80-dək sənət əsəri yer alır.

Sərginin açılışından öncə rəssam jurnalistlərə açıqlamasında bildirib ki, onun işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır. Vurğulayıb ki, o, qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır. Əsərləri bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, rəssamın yaradıcılığı olduqca zəngindir: “Bu gün Əli Əliyevin sayca ikinci olan bu fərdi sərgisində maraqlı əsərlər yer alır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var. Rəssamın burada nümayiş olunan rəngkarlıq janrında olan əsərləri onun yaradıcılıq və sənətə olan bağlılığını əyani şəkildə göstərir”.

Sərgidə təqdim olunan sənət əsərlərinin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyib ki, incəsənətin müxtəlif növləri yaranandan onun daxilində müəyyən mübarizə baş verməkdədir. Bu mübarizə ənənəviliklə müasirliyin mübarizəsidir. “Bu mübarizəni Əli Əliyevin yaradıcılığında açıq-aşkar görə bilirik. Rəssamın ənənəvi qəbul olunan, müasirliklə əlaqəli olan əsərləri zəngin yaradıcılığı özündə ehtiva edir. O, natürmortla ən dərin və mükəmməl mövzuları əhatə edir. Ona yeni yaradıcılıq uğurları arzulayır, sərgi münasibətilə təbrik edirəm”, - deyə Z.Əliyev söyləyib.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov və Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qurbanlığın əsas mahiyyəti imkansız bəndələrin sevincinə şərik olmaqdır - Hacı Əli Əliyev

Güləşçi Coşqun Əzimov Əli Əliyev turnirində qızıl medal qazanıb

Azərbaycanlı sərbəst güləşçilər Kaspiysk şəhərində keçiriləcək Əli Əliyevin xatirə turnirində iştirak edəcəklər

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66