Ermənistan XİN rəhbəri ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb24 Sentyabr 2019, 11:43 (GMT +4) Bakı, 24 sentyabr, SalamNews. BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Ermənistanın xarici işlər naziri Zohrab Mnasakanyan ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrjey Kaspşik ilə görüşlər keçirir.
SalamNews xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
|