Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Həştərxanda V Xəzər Mediaforumu açılacaq

23 Sentyabr 2019, 17:19 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Sentyabrın 24-də Rusiyanın Həştərxan şəhərində V Xəzər Mediaforumu açılacaq.

SalamNews xəbər verir ki, Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, öz regionlarında media sahəsinin formalaşmasında fəal iştirak edən bütün Xəzəryanı ölkələrin nümayəndələri bu platformada səmərəli dialoq aparacaqlar.

Artıq beşinci dəfədir keçirilən forum jurnalistlərin təcrübə mübadiləsi platformasına çevrilir. Onun sayəsində Xəzər regionu ölkələrinin vahid informasiya məkanı da yaradılır. Mediaforumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri, habelə Rusiya Federasiyası Dövlət Duması və Prezident Aparatından qonaqlar, Həştərxanda yerləşən Xəzəryanı ölkələrinin konsul idarələrinin rəhbərləri iştirak edəcəklər.

Forum çərçivəsində iki gün ərzində panel müzakirələri, ekspertlərin görüşləri və strateji sessiyalar keçiriləcək. Əsas tədbirlər isə “Rəqəmsallaşma dövründə media istiqamətləri” plenar iclası, “Media kommunikasiyaları ictimai diplomatiya vasitəsi kimi” panel diskussiyası, “Xəzər Konvensiyası: bir il sonra” ekspert sessiyası və təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert sessiyası olacaq.

Ekspert qismində Rusiya Gənclər İttifaqının, A.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun, Prezident Qrantları Fondunun, Avrasiya Xalqları Assambleyası və Rusiya Xalqları Assambleyasının nümayəndələri, Rusiyanın və xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, elmi ictimaiyyətin təmsilçiləri çıxış edəcəklər.

V Xəzər Mediaforumunun təşkilatçısı “Xəzər-Avrasiya beynəlxalq və ictimai-siyasi tədqiqatlar mərkəzi” Assosiasiyasıdır. Tədbirin informasiya dəstəyini isə Həştərxan vilayətinin Hökuməti verir. Forumun tərəfdaşları qismində “Şimal-Cənub” politologiya mərkəzi və “Avrasiya monitorinqi” analitik tədqiqatlar mərkəzidir. Layihə MDB iştirakçısı dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun vəsaiti hesabına həyata keçirilir.

Mediaforumun açılışında Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin iştirak edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mediaforum.az saytının 10 yaşı tamam olur

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

17 Fevral 2020, 12:07 (GMT +4)
Bakıda növbəti «HR Meetup» tədbiri keçirilib (FOTOLAR)

17 Fevral 2020, 12:00 (GMT +4)
BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

17 Fevral 2020, 11:32 (GMT +4)
Tovuzda gənc müəllimlər üçün təlim proqramı keçirilib

17 Fevral 2020, 11:26 (GMT +4)
Əli Laricani: İran Suriyaya dəyişməz dəstəyini bir da yeniləyir 

17 Fevral 2020, 11:23 (GMT +4)
Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatıb

17 Fevral 2020, 11:10 (GMT +4)
"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

17 Fevral 2020, 11:00 (GMT +4)
Balakənda 40 km-lik yolun yenidən qurulmasına başlanılıb

17 Fevral 2020, 10:41 (GMT +4)
Tramp Liviyaya müdaxilənin davam etməsinin vəziyyəti gərginləşdirəcəyini açıqlayıb

17 Fevral 2020, 10:38 (GMT +4)
Bakıda yol qəzası baş verib

17 Fevral 2020, 10:30 (GMT +4)
Salyanda raket başlığı tapılıb

17 Fevral 2020, 10:26 (GMT +4)
Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu

17 Fevral 2020, 10:18 (GMT +4)
“Sağlam Könüllüyük Bİz” adlı forum keçirilib (FOTOLAR)

17 Fevral 2020, 10:11 (GMT +4)
ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

17 Fevral 2020, 09:50 (GMT +4)
AB XİN rəhbərləri Liviyadakı vəziyyəti müzakirə edəcəklər

17 Fevral 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

17 Fevral 2020, 09:40 (GMT +4)
Şamaxıda zəlzələ olub

17 Fevral 2020, 09:25 (GMT +4)
Qaradağlı faciəsindən 28 il ötür

17 Fevral 2020, 09:17 (GMT +4)
Elmar Məmmədyarov Belçika Krallığına gedib

17 Fevral 2020, 09:11 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatıb

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66