Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:51 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews.Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb.

SalamNews-un xəbərinə görə, sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.

Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk”.

Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan “Bir günəş altında” filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.

Layihənin reallaşdırılması zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.

Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

Qeyd edək ki, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində “Bir günəş altında” adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Mərkəzin əməkdaşları adıçəkilən layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.

Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

Bakı Fotoqrafiya Evində “Havana – 500 il” adlı fotosərgi açılacaq

Bakıda "Retro Dərbənd" adlı fotosərgi açılıb

İstanbulda “Xocalıya ədalət!” fotosərgisi açılıb

Bakıda alman fotoqrafının fotosərgisi keçiriləcək

Bakıda “Memarlıq həqiqətləri – Misir” adlı fotosərgi açılıb

Bakıda Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisələri əks etdirən fotosərgi açılıb

“Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi keçirilir

Cenevrədə alternativ enerji sektoruna həsr olunmuş fotosərgi keçirilib

“Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb

Bakıda “My Azerbaijan” adlı fotosərgi açılacaq

Təbrizdə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb (FOTO)

Sloveniyanın Maribor şəhərində ”Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi təşkil olunub

Monteneqroda “Gəncə - 2016 Avropa gənclər paytaxtı” adlı fotosərgi keçirilib

Serbiyada Azərbaycanla bağlı keçirilmiş fotosərgi maraqla izlənilib

Paytaxtda sabah "Bakı-2015: xoşbəxt anlar" adlı fotosərgi açılacaq

ADİU tələbəsinin Avropa Oyunlarına həsr edilən fotosərgisi açılıb

Moskvada “Bakı Birinci Avropa Oyunlarının paytaxtıdır” fotosərgisi təşkil olunub

Niderlandda Xocalı faciəsi ilə bağlı fotosərgi keçirilib

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar 2020, 14:07 (GMT +4)
Çində sətəlcənim yeni növündən üç nəfər ölüb

20 Yanvar 2020, 13:39 (GMT +4)
İraqın yeni baş nazirinin adı açıqlanacaq

20 Yanvar 2020, 13:31 (GMT +4)
20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar 2020, 13:28 (GMT +4)
Londonda naməlum şəxs üç nəfəri bıçaqlayaraq öldürüb

20 Yanvar 2020, 13:11 (GMT +4)
Quba sakinində qanunsuz silah aşkar edilib

20 Yanvar 2020, 12:54 (GMT +4)
ABŞ Dövlət katibi Almaniyanın XİN rəhbəri ilə Liviyadakı atəşkəsi müzakirə edib

20 Yanvar 2020, 12:51 (GMT +4)
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi açılacaq

20 Yanvar 2020, 12:45 (GMT +4)
30 il öncə şəhidlər yüz minlərcə insanın çiynində son mənzilə yola salındı (FOTOLAR)

20 Yanvar 2020, 12:36 (GMT +4)
Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək

20 Yanvar 2020, 12:30 (GMT +4)
Məzahir Pənahov: MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır

20 Yanvar 2020, 12:19 (GMT +4)
İordaniya və Livandan minə yaxın qaçqın 24 saat ərzində Suriyaya qayıdıb

20 Yanvar 2020, 12:01 (GMT +4)
Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub

20 Yanvar 2020, 11:55 (GMT +4)
İran Ukrayna təyyarəsi hadisəsində ölənlərdən 150-in cənazəsini ailələrinə təhvil verib

20 Yanvar 2020, 11:51 (GMT +4)
Pompeo və Çavuşoğlu Berlində danışıqlar aparıb

20 Yanvar 2020, 11:35 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66