Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:25 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNews.Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

SalamNews-un məlumatına görə, aylıq çərçivəsində həyata keçirilən maarifləndirmə və təbliğat xarakterli tədbirlər isə öz müxtəlifliyi ilə fərqlənir.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi (BDYPİ) tərəfindən davamlı olaraq aparılan təşviqat işinə bu dəfə ölkəmizi beynəlxalq toplantılarda layiqincə təmsil edən “Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi də qoşulub.

Belə ki, yol hərəkət iştirakçılarının təhlükəsizlik qaydalarına bəslədikləri münasibətə, ələlxüsus piyada qismində yol hərəkətində iştirak edən həmyaşıdlarının yollarda üzləşə biləcəkləri təhlükələrə biganə qalmayan Yol Polisinin Gənc Köməkçiləri, DYP-nin stasionar postlarında BDYPİ tərəfindən sürücü və piyadalara xitabən hazırlanan tövsiyə xarakterli bukletləri sürücü və piyadalara təqdim ediblər.

"Uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına həsr etdikləri rəsm əsərlərindən qaynaqlanan və üzərində yol hərəkəti iştirakçılarının maarifləndirilməsinə, o cümlədən yolayrıclarında, piyada keçidlərində təhlükəsizlik qaydalarına riayət edilməsi, motodəbilqədən və təhlükəsizlik kəmərindən istifadə vərdişlərinin aşılanması, sürət rejiminə əməl olunması və s. bu kimi qaydalara həsr olunan bu bukletlər, eyni zamanda cəmiyyətdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir.

Təsadüfi deyil ki, bu formatda keçirilən maarifləndirmə tədbirləri və yayılan təbliğat materialları yol hərəkəti iştirakçıları tərəfindən olduqça müsbət qarşılanır, uşaqlar tərəfindən çəkilən rəsm işlərinə böyük maraq göstərilir. Biz də inanırıq ki, “uşaq dili” ilə deyilən tövsiyələr böyüklər tərəfindən unudulmaz", - deyə, DİN-in yaydığı açıqlamada bildirilib.

BDYPİ bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və yol hərəkəti qaydalarına əməl etməyi xahiş edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yanvar-iyun aylarında Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib - BDYPİ

BDYPİ: Yol-nəqliyyat hadisələrinin 49 faizini piyadaların vurulması təşkil edib

Azərbaycanda bayram günlərində yol qəzalarında 10 nəfər ölüb - BDYPİ

BDYPİ avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib

Avqust ayında 203 minə yaxın yol hərəkəti qayda pozuntusu qeydə alınıb - BDYPİ

Yük avtomobilləri Bakıya buraxılmayacaq - BDYPİ

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66