Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

19 Sentyabr 2019, 16:45 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews.Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının (TDƏŞ) XXVIII plenar iclası keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SalamNews-a verilən məlumata görə, tədbirdə Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayındə heyəti iştirak edir.

İclasda TDƏŞ sədri, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovun “Avrasiya nəqliyyat marşrutları: tranzit potensialının inkişafı” məruzəsi dinlənilib.

Sonra tədbir iştirakçıları tərəfindən TDƏŞ-in 27-ci plenar iclasının qərarlarının icrası, TDƏŞ sədr müavinlərinin hesabatları, Avropa-Asiya bağlantısında dəmir yolu dəhlizlərinin inkişafı, Asiya-Avropa bağlantısında konteyner qatarlarının tərkibində yük daşınmasının təşkili və həyata keçirilməsinin praktikası və problemləri, xətt xidməti və intermodal daşımaların inkişafı, nəqliyyat və logistika sahəsində rəqəmsallaşdırma, intellektual sistem və texnologiyaların tətbiqi, TDƏŞ-in “Elektron qatar” və “İnteqrasiya rəqəmsal platforması” layihələri müzakirə olunub.

Həmçinin tədbirdə Avropa-Asiya bağlantısında multimodal daşımaların fasiləsiz təşkilini təmin etmək üçün dəniz limanlarının infrastrukturunun və nəqliyyat imkanlarının inkişafı, Avropa-Asiya bağlantısında daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, TDƏŞ-in “Təhlükəsizlik qatarı” layihəsi, elektron yük monitorinqi sistemləri, yüklərin sığortalanması, TDƏŞ-in hökumət, beynəlxalq və qeyri-hökumət qeyri-kommersiya təşkilatlar ilə əməkdaşlığı, Transavrasiya dəmir yolu və multimodal daşımalarının inkişafının iqtisadi aspektləri, mövcud vəziyyəti və perspektivləri müzakirə obyekti olub.

Plenar iclasda, eyni zamanda təşkilati məsələlərə toxunulub, “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb və “Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvü seçilib.

“Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının XXVIII plenar iclası sabah işini davam etdirəcək.

Məlumat üçün deyək ki, Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü ildə Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Koreya Respublikası, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

Dövlət Komitəsinin nümayəndə heyəti TDƏŞ-ə üzv dövlətlərin iclasında iştirak edib

Elmar Məmmədyarov TDƏŞ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

TDƏŞ-in Astanada keçirilən V sammitinin iştirakçıları yekun sənəd imzalayıblar

Elmar Məmmədyarov TDƏŞ-in iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb

TDƏŞ informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşü 2016-cı ildə Azərbaycanda keçiriləcək

SAM-da TDƏŞ dövlətlərinin rəsmi beyin mərkəzlərinin iclası keçirilib

DGK sədri Aydın Əliyev TDƏŞ-in baş katibi Ramil Həsənovla görüşüb

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66