Mobil versiya RU AZ
_




DÜNYA » İQTİSADİYYAT

Pi - Car elektromobilinin NEUTRINOVOLTAIC konvertorlu alman layihəsi elektromobilliyinin uğursuzluğa uğramasının qarşısını alacaq

19 Sentyabr 2019, 15:13 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNewsAvropa qarşısına məqsəd qoyub – yaxın gələcəkdə tam şəkildə elektromobilliliyə keçmək. Elektromobillərə kütləvi keçid proqramı həyata keçirildiyi təqdirdə, avropa şəhərlərində futbol meydançası boyda çoxlu sayda enerji stansiyaları ilə dolu olan dayanacaqlar əmələ gələcək. Bundan əlavə, çoxmərtəbəli binaların ətraf sahələrində həmçinin enerji stansiyaları quraşdırılmalıdır. Hal-hazırda enerji stansiyaları üçün lazım olan infrastruktur avtomagistrallarda demək olar ki, yoxdur. Elektromobillərin enerjisinin doldurulması problemi, və həmçinin elektromobillərin elektriklə çox az məsafənin gət etməsi elektromobilliliyə kütləvi keçid perspektivini kifayət qədər çətinləşdirir. Massaçusets Universitetinin fiziki və Neutrino Energy Group elmi məsləhətçisi, professor R. Ştrausun sözlərinə görə, enerjinin yığılma prosesinin uzun çəkməsi elektromobilliliyin indiyədək qəbul edilməməsinin səbəblərindən biridir. Lakin artıq indi alman elmi yaxın gələcəkdə enerji stansiyalarından asılı olmamaq, enerjini doldurmadan gedilən məsafəni xeyli uzatmaq və elektrik şəbəkələrdən elektrikin istifadə olunmasından imtina etməyə imkan verən texniki həll təklif edir.

Təkcə geniş sahələri enerji stansiyaları ilə doldurmaq perspektivi elektromobillərə kütləvi şəkildə keçid planlarının və avtomobil sənayenisinin reallıqla nə dərəcədə bir-birindən uzaq olduğunu göstərmir.

Öz mötəbər avtomobil industriyası ilə məşhur olan Almaniyanı misal götürüb, elektromobilliliyə qlobal keçidlə olan vəziyyətə nəzər yetirək. Bü günkü günü Almaniyada yeni elektromobillərin qeydiyyatının miqyası, sayın tədricən artmasına baxmayaraq, gözlənilənlərdən aşağıdır. Federal hökümətdən əldə edilən son məlumatlara əsasən, bu ilin ilk yarısında 31059 elektromobil qeydiyyata alınmışdır - ən böyük artım isə güclü minik avtomobillərində (150 kVt-dan artıq) olmuşdur. Bu il bütün qeydiyyatdan keçən avtomobillərin arasında elektromobillərin payı isə cəmi 1,7 faiz təşkil edir – bu cür göstəricilər heç bir şərh olmadan açıq-aydın hər şeyi izah edir.

Almaniyada elektromobillərə olan ticarət endirimləri hələ də onların satış sayının artmasına gətirməyib

Almaniya höküməti elektromobillərin alınmasını alıcılara 4 000 avroyadək çatan kompensasiyaların verilməsi yolu ilə stimullaşdırır. Buna baxmayaraq, elektromobilin alınması Almaniyada hələ də nadir haldır. Alman avtomobil istehsalçıları hal-hazırda 30-dan çox elektromobil modellərini təklif edirlər, lakin olnları almaq istəyən müştəriləri demək olar ki, tapa bilmirlər. Hal-hazırda Almaniyada cəmi 400 000 elektromobil qeydiyyata alınıb – eyni zamanda qeydiyyata alınmış bütün avtomobil nəqliyyatının sayı 47 mln təşkil edir. 2030-cu ilədək elektromobillərin sayı 7 milyondan 10,5 milyonadək arta bilər – Avtomobil sənayesi assosiasiyasının (VDA) prezidenti Bernhard Mattes hesab edir. Eyni zamanda onların sərəncamında cəmi 20000 yaxın enerji stansiyası olacaq.

Enerji stansiyalarının sayı təkcə yollarda az deyil, eyni vəziyyət həm özəl sektorda, həm, gələcəkdə elektomobillərin əksəriyyətinin enerji dolduracağı ehtimal edilən, iş yerlərində də müşahidə olunur, və bu da qısa zamanda elektromobilliliyin uğursuzluğa uğramağına gətirib çıxaracaq. Almanların üçdə iki hissəsi şəhərlərdə, elektromobillər üçün enerji stansiyaları ilə təchiz olunmamış çoxmərtəbəli binalarda yaşayırlar. ADAC tərəfindən keçirilmiş sorğuya əsasən, yeraltı qarajların 96 faizində heç adi rozetka tapmaq mümkün deyil, və bu problem də yaxın perspektivdə öz həllini tapmayacaq. Yalnız icarə və mülkiyyət haqqında qanunvericilikdə edilmiş rəsmi dəyişikliklər „avtomobilin enerjisin doldurulmasına dair hüququnu“ müəyyən edə və icarəyə verənləri enerji stansiyalarının quraşdırılması məsələsini həll etməyə məcbur edə bilərlər.

Elektromobillər: ətraf mühitin səsboğucu olmadan çirklənməsi

İstehlakçılar arasında elektromobillərin ekoloji cəhətdən təmiz olduqları barədə şübhəsiz, amma yanlış fikir hökm sürür – axı qaz yaratmayan avtomobil ətraf mühiti necə çirkləndirə bilər ki?

Elektromobillərin hərəkəti zamanı artıq qazları ifraz etməməklərinə baxmayaraq, onların akkumulyatorları həmişəki kimi elektrikdən qidalanacaq. Həmin elektrik həmişə olduğu kimi kömürdən və ya digər xeyli miqdarda СО2 ifraz edən mənbələrdən generasiya olunur. Beləliklə, elektromobillərin enerjiyə olan tələbatı dolayı yolla zəhərləndirici qalıq yanacağın istifadə olunmasının həcmini artıracaq.

Amma elektrik ancaq bərpa olunan enerji mənbələrindən daxil olsa belə, akkumulyatorların məhv olunması zamanı yaranan tullantılar yenə də ətraf mühiti çirkləndirəcək. İdealda, elektromobillər akkumulyatorsuz hərəkət etməlidirlər, və ya, heç olmasa daha az ölçüsü olan akkumulyatorla. Məhz bu istiqamətdə ilk addımlar artıq edilmişdir. 2015-ci ildə neytrinonun kütləyə malik olmasının sübut olunması fizika üzrə Nobel mükafatına layiq görülmüşdür: “kabus hissəçiklərin” enerjiyə keçməsinin araşdırılması intensiv şəkildə gedir və alimlər bu fenomeni öyrənməkdə davam edirlər. Məsələn, Neutrino Energy Group alman-amerikan tədqiqat şirkəti görünməyən şüalanma spektrinin (o cümlədən neytrin hissəciklərin də) kosmik hissəciklərinin tətbiqi istifadə olunmasında real praktiki uğura nail olmuşdur.

Hər Neutrino avtomobilinə – konverter

Yaxın gələcəkdə şirkət hər minik və yük avtomobilini istənilən növ şüalanmadan enerjini çıxaran neytrin enerqetik özəklərlə təchiz etməyi təklif edir. Yalnız enerjiyə tələbat artan məqamlarda, məsələn, ötmədə, tez sürətlənmədə və ya dağa qalxmada, bufer qismində, enerjinin az həcmdə istifadə olunduğu anlarda bilavasitə enerji ilə dolan, kiçik batareyalar lazım olacaq, misal üçün, avtomobil dayananda və ya əyləc basılan zaman. Hətta aviasiya sənayesi, aviayanacaqdan imtina etmək üçün, bu texnologiyadan istifadə edə bilər, çünki bu texnologiyanın istifadə olunması zamanı generasiya olunan bütün artıq enerji, fotoelektrik enerjidən istifadə zamanı olduğu kimi, hidrogenə çevrilə bilər.

İrimiqyaslı enerqetik şəbəkələrinin sayının artırılmasının və istismarının əvəzinə enerji təchizatı desentralizasiya olunmalıdır, məsələn hər bir nəqliyyat vasitəsinin və, yekunda hər şəxsi təsərrüfatın müstəqil neytrin elektrik qeneratorla təchiz olunması yolu ilə.

Neutrino Energy Group şirkətinin baş dirketoru Holqer Torsten Şubart bildirir: „Alimlərimiz bu gün avtomobillərin işlənmiş qazların törətdiyi acınacaqlı vəziyyətlə mübarizə aparmağa imkan verən π-elektromobillər dair innovasion texnologiyanı əna qısa zaman ərzində tətbiq etmək üçün bütün səylərini göstərirlər. Bu, baş verən kimi biz həmin texnologiyanın həm mobil, həm stasionar üsulun istənilən forması üçün əla alət əldə edəcəyik“. "Bundan əlavə,- professor Ştraus əlavə edir, NEUTRINOVOLTAIC texnologiyası enerjini həmçinin elektrosmoqdan generasiya edir, və bildiyimiz kimi, onun həcmi getdikcə artmaqdadır”.

π – brend kimi bütün dünyada qorunur

π-Car markası brend kimi bütün dünyada qorunur. π elektromobil görünməyən şüalanmadan əmələ gələn və karbon korpusun bütöv dərinliyi üzrə yayılan enerjidən qidalanır. Neutrino Energy Group “sonu olmayan” mənasını daşıyan π yunan hərfini dünya brendi qismində patentləşdirib.

Holqer Torsten Şubart: “π - 3.14159265359 riyaziyyat dairəsinin rəqəmi, sonsuzluq rəqəmidir, kosmik şüalanmasının dəyişdirilməsi texnologiyasının tətbiq olunması nəticəsində yaranan sonu olmayan fürsətlərin simvoludur”.

Bu avtomobilin düzəldilməsi ilə faktiki olaraq kimin məşğul olacağı hələ də danışıqlar mövzusudur. „Neutrino Energy Group π-Car-ı özü düzəldəcək, biz düzəldilməyə dair sifarişi dünyanın ən yaxşı avtomobil istehsalçısına təklif etmək istəyirik“, - Şubart bildirib. „Elektromobillik sahəsində innovasiyaları artıq bu gün tətbiq edən istənilən şəxs gələcəkdə həmçinin π elektromobilliyin hesabına öz istehsal xəttini genişləndirə bilər.

İstifadə olunmamış enerjinin itirilməməsi üçün

Hər birimiz fikir vermişik ki, avtomobilin korpusu, günəşin güclü işıq saçmasından və ya havanın buludlu olmasından asılı olmayaraq, qızır. „Korpus qızanda nə baş verir?“ Avtomobilin bütün korpusu üzrə atomlar daha tez vibrasiya etməyə başlayırlar, yaranan enerji istifadə olunmur, nəticədə isə avtomobil yenə soyuyur. „Lakin π-Car modeli bütün yaranan atom vibrasiyalarını öz xeyrinə istifadə edir, - professor Ştraus izah edir: nəqliyyat vasitəsinin bütün korpusu həmin yaranan atom vibrasiyalarını, onları elektrikə çevirməklə, öz xeyrinə istifadə edir, və, mümkün dərəcədə, onları akkumulyatora yığır”.

Bu elelktromobillik növü hansı üstünlüyə malikdir?

Holqer Torsten Şubartın sözlərinə görə, birinci üstünlüyü budur: „Hər dəfə enerjini doldurmaq üçün gözləməli olduğunuz enerji stansiyasına olan ehtiyac artıq qalmır və ikinci üstünlük: bu gün öz elektromobilində hərəkət etmək üçün qazıntı yanacağın yanmasını istifadə edənlər ekoloji balansın bərpa olunması üçün heç nə etmir, əksinə, onlar bu gün dizel avtomobillərindən daha çox CO2 ifraz edirlər. Buna görə də hesab edirik ki, gələcəyin düzgün elektromobilliyinin yeganə ideal həlli π-Car konsepsiyası olacaq“.

Daha ətraflı məlumata bu linkə keçid alaraq əldə edə bilərsiniz: https://neutrino-energy.com

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66