Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19 Sentyabr 2019, 16:37 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews.Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri ilə Azərbaycan üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə görüş olub. Tədbirdə missiyanın rəhbəri xanım Nadejda Moçinova, baş audit xanım Vei Sen Çanq, baş audit xanım Amuerfina Sabtosç və digərləri iştirak ediblər.

SalamNews xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində müasir içməli su və kanalizasiya sistemlərinin qurulması barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaradıb. Əldə olunan uğurlar, ilk növbədə, insanların sosial rifah halının yaxşılaşdırılmasına, onların yaşayış səviyyəsinin yüksəldilməsinə səbəb olub, insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan içməli su və onun istifadəsi ilə bağlı problemlər həll edilib, muxtar respublikanın su ilə təminatına və əhalinin suya tələbatının ödənilməsinə nail olunub. Bu isə sakinlərin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

“Naxçıvançay yatağında məhsuldarlığı orta hesabla saniyədə 472 litr, uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib, kaptajın üzərində 52 baxış quyusu və bir ədəd suqəbuledici kamera quraşdırılıb. Kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxımlı şüşəlifli magistral boru xətti çəkilib. Kaptajın ətrafı 3,3 kilometr uzunluğunda dəmir məhəccərlə hasarlanıb, onun sel sularından qorunması üçün 1,5 kilometr qoruyucu bənd tikilib”, – deyən Əsgər Əsgərov bildirib ki, 2014-cü il aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Nanofiltrli membrantipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.

Əsgər Əsgərov diqqətə çatdırıb ki, təmizlənmiş su ümumi tutumu 25 min kubmetr olan 3 su anbarına yığılır və şəbəkəyə ötürülür. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir. Sutəmizləyici qurğudan şəhər şəbəkəsinə hər birinin uzunluğu 3,75 kilometr olmaqla, cəmi 7,5 kilometr şüşəlifli borularla özüaxımlı qoşa magistral xətt çəkilib.

Layihə çərçivəsində Naxçıvan şəhəri və onun inzibati ərazisinə daxil olan 5 kənd (Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul), Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.

Layihə ərazisində 135 min sakin fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su və yeni kanalizasiya şəbəkəsi ilə təmin olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir. Təmizləyici qurğunun tikilməsində məqsəd çirkab sularının təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Layihənin icrasını təmin etmək üçün yeni texnologiya və avadanlıqlardan istifadə olunub.

Vurğulanıb ki, muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verib.

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlıqlarını bildirib, layihənin həyata keçirilməsi prosesi ilə bağlı suallar cavablandırılıb.

Sonra Naxçıvan şəhərindəki su təchizatı və kanalizasiya sistemləri ilə bağlı slayd nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Asiya İnkişaf Bankı ilə ƏƏSMN arasında fikir mübadiləsi aparılıb

KOBİA Asiya İnkişaf Bankı ilə müzakirələr aparıb

MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib 

Asiya İnkişaf Bankının 2030-cu ilədək strategiyası təsdiqlənib

Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Asiya İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayırıb

Dmitri Pankin: Avrasiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

“Azərbaycan Dəmir Yolları” və Asiya İnkişaf Bankı ikitərəfli əməkdaşlığı genişləndirəcək

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Maliyyə Nazirliyində Asiya İnkişaf Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Toplantısında iştirak edir

DSMF-da Asiya İnkişaf Bankının missiyası ilə görüş keçirilib

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı başlayıb

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib

“Azərsu” Asiya İnkişaf Bankı ilə yeni layihə imzalayıb

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66