Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

18 Sentyabr 2019, 14:51 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews.  Ölkəmizin ictimai və mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” layihəsi çərçivəsində bölgələrdə görüşlər keçirməyə başlayıb.

Bu məqsədlə Qazax rayonunda keçirlən tədbirdə qeyd olunub ki, layihənin əsas mahiyyəti çağdaş aşıqlarımızın vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərdən ibarət kitab hazırlamaqdır. Bildirlib ki, dövrümüzdə yaşayan, aşıq sənəti ilə yanaşı, poetik yaradıcılıqla da məşğul olan aşıqlarımızın əsərlərində ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi, eləcə də torpaqlarımızın erməni işğalından azad olunması uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın tərənnüm olunması mühüm yer tutur. Xüsusi vurğulanıb ki, ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda xüsusilə də gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da artırılması üçün aşıqlarımızın bu mövzularda yazdığı şeirlərin geniş ictimaiyyət arasında təbliğ olunması vacibdir.

Tədbirdə çıxış edən folklorşünasMəhəmmədəli Məşədiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının ədəbi məsləhətçisiMustafa Rasimoğlu, şair Mübariz Qaragözlü, aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, Ruslan Mustafayev və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər, belə bir layihənin xüsuslilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından önəm daşıdığını ifadə ediblər. Görüş iştirakçıları bu cür layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eyni zamanda layihənin icraçısı - “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 200 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib

21 Sentyabr 2020, 09:27 (GMT +4)
İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

21 Sentyabr 2020, 09:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

21 Sentyabr 2020, 09:20 (GMT +4)
Trampa zəhər göndərməkdə şübhəli bilinən şəxs tutulub

21 Sentyabr 2020, 09:15 (GMT +4)
Prezident: Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində

21 Sentyabr 2020, 09:12 (GMT +4)
ABŞ birtərəfli qaydada İrana qarşı sabiq beynəlxaql sanksiyalara start verdiyini bildirib

21 Sentyabr 2020, 09:00 (GMT +4)
Azərbaycana şəxsi istifadə üçün gətirilən malların qaydası sərtləşdirilib

20 Sentyabr 2020, 15:22 (GMT +4)
Bakcell neftçiləri təbrik edib

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66