Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

18 Sentyabr 2019, 12:32 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. Dövlət Miqrasiya Xidməti işgüzar səfər vizası əsasında Azərbaycana gələn və ölkədə olduqları müddətdə miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan vətəndaşının qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmasına dair məlumat yayıb.

DMX-dan SalamNews-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman və Hindistan vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar bu ilin 13, 27 və 30 iyul tarixlərində işgüzar səfər vizası əsasında ölkəyə giriş ediblər. Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 3, 5 və 7 avqust tarixlərində Dövlət Miqrasiya Xidmətinə müraciət edilib. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddəti bitib, ancaq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilib. Hər üç əcnəbiyə 19.08.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilib. Əcnəbilərin viza müddətləri bitdiyindən onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilib və bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməyib və müvafiq olaraq 12 və 13 sentyabr tarixlərində İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunub. Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılan digər 2 nəfər Nepal vətəndaşı Sing Bahadur Tamang və Simon Chundara isə bu ilin 11 və 15 iyun tarixlərində işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş ediblər. Hər iki əcnəbi 23 iyun tarixində Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Təqdim olunan sənədlərə əsasən, əcnəbilərə 15 və 18 iyul tarixlərində ilkin olaraq 3 ay müddətinə müvəqqəti yaşama icazəsi verilib. Ancaq sonradan əcnəbilərin faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olduğu deyil, Azərbaycan vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb olunduqları aşkarlanıb.

Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə öz təsdiqini tapıb, əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri 16 avqust tarixində ləğv edilib və 13 sentyabr tarixində Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, əcnəbilər barəsində kənara çıxarma haqqında qərar qəbul olunub. Əcnəbilər barələrində qəbul olunan müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Şəxslərin hindistanlı turist kimi qanunsuz olaraq həbs olunduqları və ya hər hansı qeyri-insani rəftara məruz qaldıqlarına dair iddialar daxili araşdırma nəticəsində öz təsdiqini tapmayıb. Bundan başqa aparılan araşdırma nəticəsində adıçəkilən əcnəbilər üçün ölkədə iş və müvəqqəti yaşama icazəsi alınacağı və daha sonra üçüncü ölkələrə göndəriləcəkləri vədi ilə onlardan xeyli miqdarda pul alınmasına dair məlumatlar əldə olunub. Faktla bağlı materiallar müvafiq tədbirlər görülməsi üçün aiddiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozduqları üçün əcnəbilərin saxlama mərkəzlərinə yerləşdirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu zəruri tədbir kimi müraciət olunur. Ölkədə olma və yaşaması üçün heç bir sənədi olmayan, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və ölkədə yaşamasının leqallaşması hüquqi olaraq mümkün olmayan əcnəbilərə ilkin olaraq ölkəni könüllü tərk etmək təklif olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

DMX 12 şəhər və rayonda yarmarka keçirəcək

DMX: Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 1237 əcnəbi saxlanılıb

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

DMX-nin yeni "919 Çağrı Mərkəzi” istifadəyə verilib

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66