Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:59 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub.

SalamNews xəbər verir ki, tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 7 strateji hədəf və 14 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb, kommunal xidmətlər sahəsində aparılan iqtisadi islahatların nəticəsi olaraq, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi təxminən 30 faiz olaraq 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Eyni zamanda qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7%-ə çatdırılıb. Ümumi qoyuluş gücü 400 MVt Şimal 2 ES istismara verilib, həmçinin ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı 200 milyon kVts və ya 10,5 % artaraq 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib.

Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi, tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması nəzərdə tutulur. Eyni zamanda səmərəli və effektiv qazpaylama infrastrukturunun inkişafı, yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması tədbirləri zəruri addımlar kimi qeyd edilib.

İcraçı qurumlarla mütəşəkkil qaydada aparılan islahatlar nəticəsində 2019-cu ilin yanvar-iyun ayları ərzində “Azərişıq” ASC-yə, “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların sayında 2018-ci ilin yanvar- iyun ayları ilə müqayisədə 2 dəfədən çox, sahibkarların sayında isə 3 dəfəyə yaxın artım olub. Həmçinin 2019-cu ilin 7 ayı ərzində müraciət edən sahibkarların 2800-nün obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Bu sahədə islahatlar, Azərbaycanın “Doing Business” hesabatında irəliləməsinə də təsirini göstərməkdədir.

Belə ki, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 pillə irəliləyiş olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Tarif (qiymət) Şurası, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azərsu” ASC-nin nümayəndələri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avqustun 12-13-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb

“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri sabah işləməyəcək

Bu il 5 "ASAN Xidmət", 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək

Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün iş olmayacaq

Argentinada kommunal tariflərin artmasına qarşı etiraz aksiyası keçirilir

"Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"nin hesabatı yekunlaşmaq üzrədir

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosesləri sadələşdirilir 

Səyyar “ASAN Kommunal” Bilgəhdə

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Səyyar ASAN Kommunal Kürdəxanıda xidmət göstərəcək

Səyyar ASAN Kommunalın Zabratda fəaliyyət müddəti artırılıb

"Azəriqaz" "Səyyar ASAN Kommunal" çərçivəsində Zabratda xidmətlər göstərməyə başlayıb

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş qrafiki dəyişdirilib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Nazirlik Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyini cərimələyib

"ASAN xidmət” və “ASAN Kommunal” 6 gün işləməyəcək

Ötən il “ASAN” kommunal vasitəsi il "Azərişıq"a 140 min müraciət olub

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66