Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:48 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews Sentyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Nazirlikdən SalamNews -a verilən məlumata görə, müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində, o cümlədən terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatların keçirilməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.
Tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Müdafiə nazirinə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir

Böyük Britaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada "kobra" anti-böhran toplantısı keçiriləcək

İran Böyük Britaniyaya nota verib

Böyük Britaniyanın iqtidar partiyası AP-də keçirilən seçkilərdə mövqeyini itirir

Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Müdafiə naziri Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Böyük Britaniya polisi Culian Assanjı həbs edib (VİDEO)

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Mədəniyyət naziri Böyük Britaniyanın dövlət katibi ilə görüşüb

İspaniya, Fransa və Böyük Britaniya Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyıb

Böyük Britaniya parlamenti "Brexit" üzrə razılaşmanı qəbul etməyib

Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66