Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

17 Sentyabr 2019, 12:40 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 19-da keçiriləcək “Caspian Energy Forum Baku – 2019” 9-cu Beynəlxalq Forumda iştirak edəcək.

Bu barədə SalamNews-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forum barədə danışan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi və “Caspian European Club” arasında uzun illər ərzində qurulmuş sıx əməkdaşlığı yüksək qiymətləndirib. Səfər Mehdiyev deyib ki, iki struktur arasında yaradılmış birgə işçi qrup bir çox məsələləri operativ şəkildə həll edir və bu biznes dairələri ilə DGK arasında əməkdaşlığın daha bir etibarlı körpüsüdür.
“Caspian Energy Forum Baku – 2019” forumunun işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında dövlət qurumları, nazirliklər, dövlət komitələri, dövlət agentlikləri, dövlət xidmətlərinin rəhbərləri, eləcə də dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin, o cümlədən Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri var.

“Caspian Energy Forum Baku – 2019” 3 sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektoru, sənayenin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələlərinə toxunulacaq, Azərbaycana investisiya qoyulması imkanlarından ətraflı bəhs olunacaq, ikinci sessiyada xüsusi diqqət kiçik və orta biznesin inkişafına ayrılacaq. Üçüncü sessiyada isə İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın kənd təsərrüfatı kompleksi və turizm potensialının inkişafı ilə bağlı müfəssəl hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, fasilə və işçi nahar zamanı iştirakçıların ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

“Ziraat Bank Azərbaycan” ASC 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un sponsorudur. Forumun partnyorları sırasında “Azpetrol ltd” ASC, “AzərTelecom ASC, “AzeriCard” ASC, “İCODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C”, “Azprint” və “Transbroker” şirkətləri var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Dünyanın 50 ölkəsindən 5000-dən çox şirkət və təşkilatı bir araya gətirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Eyni zamanda, “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. “Caspian European Club”un ilk sədri Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru ilə görüşüb

Səfər Mehdiyev: Gömrük sistemində də könüllülük hərəkatının yaradılması özünü doğruldacaq

Səfər Mehdiyev Balakən, Zaqatala və Qax şəhərlərində vətəndaşları qəbul edib

Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub

Səfər Mehdiyev: Ötən il 1.2 tona qədər narkotik vasitə aşkar edilib

Səfər Mehdiyev: Gömrük məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb

Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmisi ilə görüşüb

Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

Səfər Mehdiyev: Gömrük orqanları daha çevik və dinamik bir quruma çevrilib

Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sərmayə naziri ilə görüşüb

Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

Səfər Mehdiyev “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

Səfər Mehdiyev "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub

Səfər Mehdiyev: “Azərbaycan Gömrük Xidməti ölkədə fiskal siyasəti uğurla həyata keçirir”

Ötən il gömrük orqanları tərəfindən vergi və rüsumların toplanması 100,12 faiz yerinə yetirilib - Səfər Mehdiyev

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66