Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

17 Sentyabr 2019, 10:55 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews. Xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş direktoru Qu Donyqu ilə görüşüb.

XİN-dən SalamNews-a verilən məlumata görə, FAO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə Qu Donqyunu təbrik edən nazir Elmar Məmmədyarov ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanla FAO arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Təbriklərə görə təşəkkürünü bildirən Qu Donqyu hazırkı vəzifəsində ilk xarici işlər naziri olaraq Elmar Məmmədyarov ilə görüşündən məmnunluğunu ifadə edib, Azərbaycanı MDB məkanında FAO ilə ən səmərəli əməkdaşlıq edən ölkə kimi qiymətləndirib. Qu Donqyu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirib və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılmasını müsbət təcrübə kimi dəyərləndirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaqların bir hissəsinin işğala məruz qalmasının və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinin ölkəmizdə kənd təsərrüfatı sektoruna da böyük ziyan vurduğunu və ərzaq təhlükəsiziliyinin təmin edilməsində ciddi çətinliklər yaratdığını bildirib. Elmar Məmmədyarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə dövlət qayğısı və bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektorunda əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Ölkəmizin FAO ilə əməkdaşlığının əhəmiyyətindən danışan nazir Elmar Məmmədyarov bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və IDEA İctimai Birliyinin töhfələrini xüsusilə vurğulayıb.

Görüşdə Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri, habelə bu əməkdaşlığın Cənub-Cənub tərəfdaşlığı çərçivəsində və üçüncü ölkələrin də cəlb olunması yolu ilə inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazir Elmar Məmmədyarov FAO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş “Azərbaycan otağı”na baxış keçirib. Elmar Məmədyarovun nəzərinə çatdırılıb ki, Azərbaycanın mədəniyyətini və milli ruhunu əks etdirən “Azərbaycan otağı” öz dizaynı, cəlbediciliyi və praktikliyi baxımından FAO rəsmiləri tərəfindən yüksək qiymətləndirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elmar Məmmədyarov sərhəddə olanlar barədə Aİ-nin ali nümayəndəsinə məlumat verib

Elmar Məmmədyarovla estoniyalı həmkarı arasında telefon danışığı olub

Elmar Məmmədyarovun Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə telefon danışığı olub

Elmar Məmmədyarov səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib

Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Belçika Krallığına gedib

Elmar Məmmədyarov iranlı həmkarına başsağlığı verib

Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

Dağlıq Qarabağ münaqişənin həllinə mərhələli yanaşmaq lazımdır - Elmar Məmmədyarov

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib

Elmar Məmmədyarov İsveçə səfərə gedib

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov İƏT-in Xarici İşlər nazirlərinin iclasında iştirak edib

Elmar Məmmədyarov xorvatiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib

15 İyul 2020, 22:17 (GMT +4)
İlham Əliyev: Mən Xarici İşlər nazirini tapa bilmədim (VİDEO)

15 İyul 2020, 18:00 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlayıb

15 İyul 2020, 17:40 (GMT +4)
Merkel Putinlə İrana qarşı silah embarqosunu müzakirə edib

15 İyul 2020, 17:38 (GMT +4)
İsrail son sutkada Livan səmasını azı 4 dəfə pozub

15 İyul 2020, 17:30 (GMT +4)
Prezident İlham Əliyev: Bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik

15 İyul 2020, 17:15 (GMT +4)
Tramp Avropanı ABŞ-dan bəhrələnməyə çalışmaqda ittiham edib 

15 İyul 2020, 17:10 (GMT +4)
Ermənilərin Qazaxda dinc sakinlərə atəş açmaqla maddi zərər vurması ilə bağlı cinayət işi başlanıb

15 İyul 2020, 16:58 (GMT +4)
Ərəb Dövlətləri Liqası Türkiyəni bu ölkələrin milli təhlükəsizliyini hədəfə almaqda itihamlandırıb

15 İyul 2020, 16:55 (GMT +4)
BDU-da yaz semestrinin imtahan sessiyası yekunlaşıb

15 İyul 2020, 16:49 (GMT +4)
Çexiyada iki qatar toqquşub

15 İyul 2020, 16:30 (GMT +4)
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

15 İyul 2020, 16:25 (GMT +4)
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

15 İyul 2020, 16:16 (GMT +4)
Putin və Ərdoğan Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsinin bərpa olunmasını müzakirə edib

15 İyul 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

15 İyul 2020, 15:53 (GMT +4)
YAP bəyanat yayıb

15 İyul 2020, 15:46 (GMT +4)
Liviyada qarşıdurma tərəfləri arasında məhbus və əsirlərin mübadiləsi baş tutub

15 İyul 2020, 15:45 (GMT +4)
Türkiyədə COVID-19-dan 196 mindən çox xəstə sağalıb

15 İyul 2020, 15:25 (GMT +4)
ABŞ xarici tələbələrin vizaları ilə bağlı qərarı ləğv edib

15 İyul 2020, 15:17 (GMT +4)
MN: Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib (VİDEO)

15 İyul 2020, 14:49 (GMT +4)
Qüdsdə İsrail baş nazirinə qarşı aksiyada azı 50 etirazçı saxlanılıb (VİDEO)

15 İyul 2020, 14:42 (GMT +4)
Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

15 İyul 2020, 14:41 (GMT +4)
NATO: Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri narahatlıqla izləyirik

15 İyul 2020, 14:20 (GMT +4)
Türk Şurası Ermənistanın Azərbaycana qarşı təxribatını qınayıb

15 İyul 2020, 14:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 199 nəfərin ölümü qeydə alınıb

15 İyul 2020, 14:01 (GMT +4)
Azərbaycanda sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib

15 İyul 2020, 13:47 (GMT +4)
Rusiyada son sutkada 6,4 min yeni COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

15 İyul 2020, 13:45 (GMT +4)
Prezident şəhid hərbi qulluqçuların ailə üzvləri ilə telefonla danışıb (FOTOLAR)

15 İyul 2020, 13:20 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 900 mini keçib

15 İyul 2020, 13:08 (GMT +4)
Səudiyyə Yəmənin əl-Couf əyalətinə aviazərbələr endirib, azı 9 ölü var

15 İyul 2020, 13:01 (GMT +4)
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66