Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 12:10 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. 101 il öncə bu gün-sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı.

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov şəxsi “Facebook” səhifəsində yazıb.

Ə.Həsənov bildirib ki, o dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi.

Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.

Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.

Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.

Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!

Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov yeni açıqlama verib: Bəzi xüsusi naqis «qələm əhli» çirkin kampaniya aparırlar

Əli Həsənov KİV-lərdə yayılan məlumatlara münasibət bildirib

Əli Həsənov Milli Mətbuat Günü ilə bağlı məqalə ilə çıxış edib

Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz Müəlliminin - Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir

Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Böyük Zəfər yürüşü uzaqda deyil

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66