Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bəxtiyar Musayev: Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır

12 Sentyabr 2019, 14:14 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNewsMüsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini, ümumi cərrah Bəxtiyar Musayevdir. B.Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahələrində mütəxəssisdir, qarın boşluğu üzvləri üzərində, o cümlədən qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, bütün növ açıq və laparoskopik əməliyyatları icra edir. 50-dən artıq elmi məqalə və tezislərin, bir ixtira, üç  səmərələşdirici təklif və iki metodik tövsiyənin müəllifidir. 1990-cı ildə tibb elmləri üzrə alimlik dərəcəsini almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar Musayevlə müsahibəni Sizə təqdim edirik.   

Artıq bir ildir ki, Siz Mərkəzi Gömrük Hospitalının komandasına qatılmısınız. Bu yeni təcrübəniz haqqında nə deyə bilərsiniz? Sizin üçün Gömrük Hospitalında bu bir il necə keçdi?

Bəli, artıq bir il tamam oldu ki, Mərkəzi Gömrük Hospitalında müalicə işləri üzrə rəis müavini vəzifəsində işləyirəm. Uzun illər ölkəmizin bir neçə aparıcı dövlət və özəl tibb müəssisələrində müxtəlif vəzifələrdə çalışsam da, Mərkəzi Gömrük Hospitalında fəaliyyətimi həyatımın çox yeni və maraqlı dövrü hesab edirəm. Hospitala qatılmağım mənim üçün çox şərəfli və eyni zamanda ciddi məsuliyyət daşıyan bir addım oldu.

Soruşursunuz, bu bir il necə keçdi? Həm rahat, həm də çətin... Rahat ona görə ki, rəhbərlik tərəfindən öz işimə daim dəstək və qayğı gördüm, təkliflərim dərhal müzakirə edildi, hospitalın işinə yararlı olanlar qəbul olundu. Çətin isə ona görə ki, tam başqa ritmdə və yeni bir kollektivdə işləməyə başladım.

Biz Sizi Azərbaycanda minimal invaziv cərrahiyyənin pionerlərindən biri kimi tanıyırıq. Mərkəzi Gömrük Hospitalında Siz bu təcrübənizə davam etdirirsinizmi?

Bu sualınız mənim üçün çox dəyərlidir. Xatırladım ki, mən ilk diaqnostik laparoskopik müayinəni 1982-ci ildə, endoskopik cərrahiyyə əməliyyatlarını isə 90-cı illərin ortalarından icra etməyə başlamışam. O dövrdə Azərbaycanda mini invaziv əməliyyatlar çox nadir hallarda icra olunurdu. Sevinirəm ki, bu gün ölkəmizdə bu bacarığa artıq onlarla cərrah malikdir. Təbii ki, illərcə qazandığım təcrübə Mərkəzi Gömrük Hospitalında da bu işi yüksək səviyyədə davam etdirməyə mənə imkan verir. Onu da qeyd edim ki, Hospitalımızda hər növ, o cümlədən miniinvaziv cərrahi müdaxilələrin icrası üçün müasir texniki imkan və şərait mövcuddur.

Hansı hallarda Siz laparoskopik müdaxiləyə üstünlük verirsiniz? Bunun üçün hər hansı əks göstəriş mövcuddurmu?

Artıq 30 ildən çoxdur ki, dünyada laparoskopik əməliyyatlar icra edilir. İlk etapda əks göstərişlərin sayı çox idi. Belə ki, qarın boşluğu üzvləri üzərində əvvəl keçirilmiş əməliyyatlar, yanaşı olan ürək-damar xəstəlikləri, qan dövranı çatışmazlığı az qala mütləq əks göstəriş sayılırdı. Bu xəstələr “açıq” əməliyyatlara məruz qalırdı. Lakin təcrübə toplandıqca, cərrahların və anestezioloq-reanimatoloqların texniki imkanları artdıqca əvvəlki mütləq əks göstərişlər nisbi kateqoriyaya keçməyə başladı.

İlk illər laparoskopik əməliyyatlar ümumi sayın 5-10 faizini təşkil edirdisə, hazırda bu rəqəm 80-90 faizin üstündədir. “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”: bu yanaşma artıq müasir zəmanənin tələbidir. Təbii ki, müəyyən mürəkkəb hallarda miniinvaziv əməliyyatların icra edilməsi cərrahi briqadadan daha yüksək hazırlıq, bacarıq və spesifik texniki imkanlarının olmasını tələb edir. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında bütün bu imkanlar var.

Son illər minimal invaziv cərrahiyyənin inkişafında hansı yeniliklər olmuşdur?

Ümumiyyətlə, mini invaziv cərrahiyyə və onun yeniliklərindən saatlarla danışmaq olar... Minimal invaziv cərrahiyyə ənənəvi cərrahiyyədən fərqli olaraq təbabət sahəsində olan texniki nailliyətlərə daha çox bağlıdır. Müasir ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya, əməliyyat gedişində tətbiq edilən rentgenoloji imkanların geniş yayılması minimal invaziv cərrahiyyə üsullarının sürətli inkişafına zəmin yaradır. Tibb elmi o qədər inkişaf edib ki, artıq bu əməliyyatları Da Vinçi adlanan robot vasitəsi ilə də icra etmək mümkündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda və ilk növbədə, Mərkəzi Gömrük Hospitalında da biz bu üsulun tətbiq edilməsinin şahidi olacayıq.

Yeniliklərdən hansıları Mərkəzi Gömrük Hospitalında tətbiq etməyə hazırlaşırsınız və ya artıq tətbiq edirsiniz?

Demək olar ki, miniinvaziv cərrahiyyə sahəsində olan yeniliklərin əksəriyyəti Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Əməliyyatları aparıcı Avropa ölkələri və Türkiyədə təhsil almış və mütəmadi olaraq öz üzərində çalışan yüksəkixtisaslı cərrahlarımız icra edir. Bütün əməliyyatxana otaqlarımız müasir HD laparoskopik cihazlarla təchiz olunub. Arzumdur ki, yaxın gələcəkdə xəstəxanamızda robotik cərrahiyyəni də fəaliyyətimizə daxil edə bilək.

Biz bilirik ki, bu yaxınlarda Sizin Hospital Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə tərəfdaşlıq münasibətləri qurub. Bu tərəfdaşlıqdan Mərkəzi Gömrük Hospitalı üçün nələri gözləyirsiniz? Bu layihənin hansı prioritetləri var?

Florence Nightingale Xəstəxənalar Qrupu tibbin əksər sahələrində Türkiyə Cümhuriyyətinin öndə gedən bir qurumudur. Bu ilin may ayında biz Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq memorandumu imzaladıq. Razılaşma çərçivəsində çoxsahəli əməkdaşlıq proqramı hazırlanıb. Həmin proqramda partnyorlarımızın görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumların təşkili nəzərdə tutulur. Qeyd edim ki, memorandumun imzalanmasından az sonra türk partnyorlarımızla birgə olaraq düşməndən azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda döyünür!" adlı xeyriyyə aksiyası keçirdik. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. Daha sonra Hospitalımızın bir qrup orta tibb işçisi Florence Nightingale Xəstəxanalar Qrupuna təkmilləşdirmə və təcrübə mübadiləsi məqsədilə ezam edilmişdir. Bir neçə gün əvvəl isə Hospitalın rəhbər nümayəndə heyəti partnyorlarımızın JCİ akkreditasiya prosesinə müşahidə etmək məqsədi ilə İstanbul Florence Nightingale Xəstəxanasına ezam edilmişdir. Həmin nümayəndə heyətinin bir üzvü kimi Sizi əmin edə bilərəm ki, akkreditasiya zamanı əldə etdiyimiz yeni bilik və təcrübə Hospitalımızın gələcək inkişafı üçün çox faydalı olacaq.

-Təşəkkür edirik müsahibə üçün.

Çox sağ olun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Türk vətəndaşı Gömrük Hospitalında əməliyyatdan sonra ambulans təyyarə ilə vətəninə qayıdıb

Mərkəzi Gömrük Hospitalında PZR laboratoriyası fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Gömrük Hospitalının dermatoveneroloqu canlı yayımda çıxış edəcək

Gömrük Hospitalının endokrinoloqu şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb

Gömrük Hospitalının dermatoloqu əllərə qulluq edilməsi qaydalarını açıqlayıb

Gömrük Hospitalının endirimli bahar kampaniyası davam edir

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir (FOTOLAR)

Gənclər Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimlə istifadə edəcəklər

Gömrük Hospitalının travmatoloqu canlı yayımda çıxış edəcək

Gömrük Hospitalında skolioz xəstəliyinin müasir üsulla müalicəsi həaya keçirilir

Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

29 Sentyabr 2020, 18:02 (GMT +4)
Küveytin əmiri Şeyx Sabah əl-Əhməd vəfat edib

29 Sentyabr 2020, 18:00 (GMT +4)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb

29 Sentyabr 2020, 17:58 (GMT +4)
ATƏT Daimi Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

29 Sentyabr 2020, 17:53 (GMT +4)
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

29 Sentyabr 2020, 17:50 (GMT +4)
Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

29 Sentyabr 2020, 17:42 (GMT +4)
“ASAN Məktub” çərçivəsində 50 şagirdə məktəb ləvazimatları təqdim edilib

29 Sentyabr 2020, 17:22 (GMT +4)
Azərbaycanda daha 58 yeni yoluxma faktı qeydə alınıb

29 Sentyabr 2020, 17:16 (GMT +4)
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib

29 Sentyabr 2020, 17:09 (GMT +4)
MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 16:49 (GMT +4)
Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

29 Sentyabr 2020, 16:47 (GMT +4)
Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

29 Sentyabr 2020, 16:43 (GMT +4)
Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:40 (GMT +4)
Düşmən dinc əhalini hədəfə alır - FOTOREPORTAJ

29 Sentyabr 2020, 16:40 (GMT +4)
MN: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir

29 Sentyabr 2020, 16:30 (GMT +4)
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb

29 Sentyabr 2020, 16:28 (GMT +4)
Türkiyə XİN başçısı və AKP rəsmisi Azərbaycan səfirliyini ziyarət edib

29 Sentyabr 2020, 16:20 (GMT +4)
Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırıb

29 Sentyabr 2020, 16:03 (GMT +4)
Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

29 Sentyabr 2020, 15:55 (GMT +4)
İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

29 Sentyabr 2020, 15:49 (GMT +4)
Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

29 Sentyabr 2020, 15:42 (GMT +4)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

29 Sentyabr 2020, 15:40 (GMT +4)
Pompeo: Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

29 Sentyabr 2020, 15:28 (GMT +4)
MN: Ermənistandan hərəkət edən S-300-lər anında məhv ediləcək

29 Sentyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı müzakirələr aparılıb

29 Sentyabr 2020, 15:04 (GMT +4)
Biz Dağlıq Qarabağ məsələsini kökündən həll etmək istəyirik - Çavuşoğlu

29 Sentyabr 2020, 15:00 (GMT +4)
Millət vəkili beynəlxalq debatda erməni təxribatı barədə tutarlı məlumatlar verib (VİDEO)

29 Sentyabr 2020, 14:36 (GMT +4)
MN: Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub

29 Sentyabr 2020, 14:32 (GMT +4)
Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və rəsmən tanınmalıdır – İran

29 Sentyabr 2020, 14:32 (GMT +4)
Polad Bülbüloğlu: Dağlıq Qarabağdakı əməliyyatlara türk əsgərlərinin cəlb edilməsi barədə məlumatlar saxtadır

29 Sentyabr 2020, 14:28 (GMT +4)
Nazirlik: Daha 10 şagirddə koronavirus aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66