Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

Bakıda hədiyyələr-promo məhsulları və reklam-çap işləri sərgiləri keçirilir

12 Sentyabr 2019, 13:02 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews. Bu gün Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” öz işinə başlayılb.

SalamNews-un məlumatına görə, bu sərgi ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir.

Qeyd edık ki, “Gift & Promo Fair 2019” - 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, “Plastoria”, “Sols”, “Universal Woods” kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.

“AdPrint” - 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi isə öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.

Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribütorları yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Reklam və çap işi sahəsində innovativ məhsull və xidmətlərin təqdim edildiyi unikal platforma - “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.O qeyd edib ki, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Qeyd edək ki, KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.

Sərgilər Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçirilir və sentyabrın 14-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

15 Avqust 2020, 15:00 (GMT +4)
AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

15 Avqust 2020, 14:57 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 14:48 (GMT +4)
Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

15 Avqust 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

15 Avqust 2020, 14:30 (GMT +4)
Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

15 Avqust 2020, 12:15 (GMT +4)
Çavuşoğlu: BƏƏ və İsrail arasındakı razılaşmanın məqsədi "Sülh Planı"nı dəstəkləməkdir

15 Avqust 2020, 12:00 (GMT +4)
TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

15 Avqust 2020, 11:47 (GMT +4)
Operativ Qərargah son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqlayıb

15 Avqust 2020, 11:44 (GMT +4)
Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

15 Avqust 2020, 11:42 (GMT +4)
ABŞ-ın Federal Təhqiqat Bürosu da Beyrut partlayışını araşdıracaq - KİV

15 Avqust 2020, 11:33 (GMT +4)
Hikmət Hacıyev: Tədrisin bərpası kompleks şəkildə araşdırılır

15 Avqust 2020, 11:22 (GMT +4)
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

15 Avqust 2020, 11:15 (GMT +4)
AB Belarus hökumətinə qarşı sanksiyaların tətbiqi üzərində işə başlayıb

15 Avqust 2020, 11:15 (GMT +4)
Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

15 Avqust 2020, 11:09 (GMT +4)
İran ABŞ qətnamə layihəsinin BMT TŞ-da rədd edilməsinə münasibət bildirib

15 Avqust 2020, 11:07 (GMT +4)
Azərbaycan çay idxalını artırıb

15 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

15 Avqust 2020, 10:45 (GMT +4)
Ərdoğan və Maduro əməkdaşlıq məsələlərini müzakirə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66