Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

MİDA növbəti mənzil satışının vaxtını açıqlayıb

12 Sentyabr 2019, 10:41 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews.Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək.

Bu barədə SalamNews-a Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) Mətbuat xidmətindən məlumat verilib.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

MİDA güzəştli mənzillərin əldə edilməsi imkanlarını genişləndirib

MİDA Hövsan Yaşayış Kompleksindən mənzil satışına hazırlaşır

MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA növbəti mənzil seçimi ilə bağlı açıqlama yayıb

MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

MİDA ulu öndərin  doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

MİDA “Güzəştli mənzil” sistemində dəyişikliklər edib

MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

MİDA: “Ernst & Young” güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiqləyib

MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Prezident İlham Əliyev MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satış tarixini elan edib

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

MİDA və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

MİDA-nın satış sistemində yaranmış problemə aydınlıq gətirilib

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

10 Avqust 2020, 11:30 (GMT +4)
Son bir həftədə COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur

10 Avqust 2020, 11:16 (GMT +4)
Gələn həftə məhərrəm ayı başlayır

10 Avqust 2020, 11:00 (GMT +4)
Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

10 Avqust 2020, 10:52 (GMT +4)
İsrail Livanın su və hava məkanını pozub

10 Avqust 2020, 10:45 (GMT +4)
BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

10 Avqust 2020, 10:31 (GMT +4)
Ağsuda zəlzələ olub

10 Avqust 2020, 10:17 (GMT +4)
Beyrutda etiraz və iğtişaşlar iki gündür davam edir, bir ölü yüzlərlə xəsarət alan var (VİDEO)

10 Avqust 2020, 10:15 (GMT +4)
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

10 Avqust 2020, 10:00 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

10 Avqust 2020, 09:50 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu gündən 3 ay müddətinə dayandırılıb

10 Avqust 2020, 09:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

10 Avqust 2020, 09:36 (GMT +4)
İran koronavirus pandemiyası fonunda məhərrəmlik əzadarlığının qaydalarını açıqlayıb

10 Avqust 2020, 09:30 (GMT +4)
Bir sıra sahələrdə işçi sayı məhdudiyyətləri ləğv olunub

10 Avqust 2020, 09:15 (GMT +4)
13 şəhər və rayonda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib

10 Avqust 2020, 09:00 (GMT +4)
Bu gündən bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib

10 Avqust 2020, 08:55 (GMT +4)
Beynəlxalq donorlar Livana 252 milyon avro vəd ediblər

10 Avqust 2020, 06:53 (GMT +4)
Belarus MSK seçkilərin ilkin nəticələrini açıqlayıb

09 Avqust 2020, 16:17 (GMT +4)
KİV: Səudiyyə hakimiyyət çevirilişi astanasında, bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulub

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66