Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

Sabah Bakıda Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisinin açılışı olacaq

11 Sentyabr 2019, 15:09 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. 12-14 sentyabrtarixlərindəBoulevardHotel Baku-da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi“Gift&Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi“Adprint 2019” keçiriləcək. Ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir.

“Gift&Promo Fair 2019” - 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və PromoMəhsulları Sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, Plastoria, Sols, Universal Woods kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasındasuvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil,bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalarıyer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.

“Gift&Promo Fair” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənir.

“Gift&Promo Fair” sərgisi qısa vaxt ərzində geniş məhsul və xidmət çeşidi ilə tanış olmaq, eləcə də işgüzar hədiyyələrin orijinal həll variantlarını və eksklüziv korporativ hədiyyələri əldə etmək üçün unikal platformadır.

“AdPrint” - 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.

Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhurbrendlərinindistribütorları yer alır. Sərgidəvizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Reklam və çap işi sahəsindəinnovativməhsull və xidmətlərin təqdim edildiyi unikal platforma - “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.

Sərgilər əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile ölkəmizdə reklam, çap və promosəhələrinə marağın artmasında təkan verəcək.

Belə ki, sərginin ilk iş günündə xüsusi dəvət edilmiş sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “PromoTalks” panel müzakirəsi keçiriləcək. Tələb-təklif-satış zəncirinin əsas halqaları arasında “canlı” dialoq çərçivəsində bazardakı aktual tapşırıqlar müzakirə ediləcək və həll variantları təklif olunacaq. Belə müzakirələr bazarın inkişafına və bazar iştirakçıları arasında möhkəm qarşılıqlı faydalı əlaqələrin qurulmasına kömək edəcək.

12 sentyabr tarixlərində sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı keçiriləcək. Bu təqdimatın gedişatında sərgi qonaqlarına bazarın innovativ məhsulları ilə ilk tanış olanların sırasına qatılmaq, biznes üçün yeni imkanları öyrənmək, potensial müştərilər tapmaq və iş təcrübələrini bölüşmək kimi unikal imkanlar yaradılacaq.

13 sentyabr tarixində promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək və burada əməkdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün lazımi şərait yaradılacaq. Bu görüşlər satış və tərəfdaşlıq üfüqlərini genişləndirmək üçün əlverişli zəmini təmin edəcək.

14 sentyabr tarixində iştirakçı şirkətlərinpromo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile  təşkil ediləcək.

“Ən yaxşısını seç!” müsabiqəsi çərçivəsində sərginin 10-dan artıq iştirakçısı öz eksklüziv məhsullarını foyedə quraşdırılmış xüsusi vitrinlərdə nümayiş etdirəcək. Hər vitrində məhsul barədə ətraflı məlumat veriləcək. Sərginin keçiriləcəyi üç gün ərzində sərginin qonaqları onların fikrincə ən yaxşı eksponata səs verə və onu “Ən yaxşı məhsul” adlandıra bilərlər.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun(Azpromo) dəstəyi ilə keçirilir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “GreenwichTravelClub” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş «AzExpoMontage» yer alırlar.“Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsidir.

Beləliklə, zəngin və parlaq əlavə tədbirlər ilə müşayiət olunan sərgilər dəqiq işgüzar formatı qoruyub saxlayır ki, bu da həm iştirakçıların, həm də ziyarətçilərin biznes tapşırıqlarını səmərəli şəkildə həll etmələrinə imkan verir.

Sərgilər haqqında ətraflı məlumatı www.adprint.az və www.giftfair.az saytlarından əldə edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

Bakıda hədiyyələr-promo məhsulları və reklam-çap işləri sərgiləri keçirilir

Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək

AZPROMO: Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

AZPROMO ilə CAR-ın Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Qida Təhlükəsizliyi Agentliyi AZPROMO ilə əməkdaşlıq edəcək

AZPROMO ilə ZOODEL arasında anlaşma memorandumu imzalanıb

AZPROMO ilə Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Bu ilin sonuna qədər beş ixrac missiyası planlaşdırırıq - AZPROMO rəhbəri

Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələri günbəgün artır - AZPROMO rəhbəri

AZPROMO və GIZ-in birgə həyata keçirdiyi “İxraca hazır ol” layihəsi başa çatıb

AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

"Azpromo" ABŞ şirkəti ilə anlaşma memorandumu imzalayıb

AZPROMO tərəfindən hazırlanan “İnvestisiya layihələri” kataloqu yenilənib

AZPROMO və Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitə arasında Anlaşma Memorandumu imzalanıb

AZPROMO-nun Çin nümayəndəliyi yaradılıb

“Əsrlərin yaddaşı” adlı layihə promovideosunun təqdimatı keçiriləcək

İŞİD səhiyyə xidmətinin promo-çarxını buraxıb (VİDEO)

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66