Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

11 Sentyabr 2019, 14:05 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakı şəhərində keçiriləcək “9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir. Bu barədə şirkətdən verilən məlumatda qeyd olunub.

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir. “Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcəkdir. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcəkdir” - deyə Fuad Allahverdiyev qeyd edib.

“Caspian Energy Club”un birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ölkənin inkişaf edən telekommunikasiya sektorunda qabaqcıl şirkətlərdən biri olan “AzerTelecom” şirkəti ilə “Caspian European Club” arasında artıq uzun müddətdir səmərəli əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr davamlı şəkildə inkişaf edir. Şirkət “Caspian European Club” tərəfindən keçirilən ən müxtəlif tədbirlərdə yaxından iştirak edir və əməkdaşlığa öz töhfəsini verir.

“9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının fəaliyyətinin 20 illik yubileyinə həsr olunub. Forumun işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək və forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

Caspian European Club barədə:

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. “Caspian European Club”un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

“AzerTelecom” barədə:

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

12 Dekabr 2019, 11:52 (GMT +4)
Çili hava qüvvələrinə aid təyyarənin qalıqları tapılıb 

12 Dekabr 2019, 11:46 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

12 Dekabr 2019, 11:44 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

12 Dekabr 2019, 11:43 (GMT +4)
İraqda iki günə yeni baş nazirin adı açıqlanacaq

12 Dekabr 2019, 11:21 (GMT +4)
Tramp ABŞ və dünyada antisemitizmlə mübarizə üçün bir fərman imzalayıb

12 Dekabr 2019, 10:56 (GMT +4)
Ukrayna tərəfinin danışıqlara yanaşması dəyişib - Zaxarova

12 Dekabr 2019, 10:55 (GMT +4)
Son həftədə ikinci dəfə olaraq Bağdad hava limanı ətrafına raket atılıb

12 Dekabr 2019, 10:52 (GMT +4)
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

12 Dekabr 2019, 10:42 (GMT +4)
Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

12 Dekabr 2019, 10:32 (GMT +4)
Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

12 Dekabr 2019, 10:18 (GMT +4)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2019, 10:17 (GMT +4)
Ankara ABŞ-da Türkiyə əleyhinə sanksiyaların hazırlanmasını pisləyib

12 Dekabr 2019, 10:02 (GMT +4)
ABŞ İranın bir neçə nəqliyyat şirkətinə sanksiya tətbiq edib

12 Dekabr 2019, 10:00 (GMT +4)
Milli Məclisə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb

12 Dekabr 2019, 09:59 (GMT +4)
Azərbaycan Prezidenti Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib

12 Dekabr 2019, 09:43 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

12 Dekabr 2019, 09:40 (GMT +4)
Nigerdə terror hücumu nəticəsində 70 hərbçi ölüb

12 Dekabr 2019, 09:29 (GMT +4)
İsrail parlamenti özünü buraxıb, ölkədə 1 ilə üçüncü dəfə olaraq seçki keçiriləcək

12 Dekabr 2019, 09:24 (GMT +4)
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

12 Dekabr 2019, 09:12 (GMT +4)
Ərdoğan və Putin Suriyanı müzakirə edib

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66