Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərenerji” “Cənub” elektrik stansiyasına 26 kilometrlik qaz kəməri çəkib

11 Sentyabr 2019, 15:23 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. “Azərenerji” ASC “Reabilitasiya proqramı”na uyğun olaraq Şirvan şəhərindəki “Cənub” elektrik stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 26 kilometr məsafədə 530 millimetrlik borularla yeni qaz kəməri çəkib və artıq istismara verib.

ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən SalamNews-a bildirilib ki, bu günədək “Cənub” elektrik stansiyasında hər birinin gücü 5,7 meqavat olmaqla 2 qaz kompressoru işləyirdi və onlar turbinə ötürmək üçün qazın təzyiqini 13 atmosferdən 28 atmosferə qədər qaldırmalı olurdu. Buna görə həm stansiyanın işində problemlər yaranır, həm də orta hesabla ay ərzində 8 milyon kilovat/saat elektrik enerjisinin sərfinə gətirib çıxarırdı. Yeni xətt istismara verildiyindən indi qaz kompressora deyil, birbaşa turbinə daxil olur və həmin kompressorların işləməsinə ehtiyac qalmır. Bununla da ilk növbədə, elektrik stansiyasının etibarlığı və dayanıqlığı artır, eyni zamanda, istehsal prosesində sərf edilən aylıq 8 milyon kilovat/saat elektrik enerjisinə qənaət olunur və əvəzində həmin elektrik enerjisi ümumi sistemə ötürülür.

Qeyd edək ki, bu günə qədər “Reabilitasiya proqramı” çərçivəsində “Cənub” elektrik stansiyasından “Xırdalan” yarımstansiyasına 108 kilometr məsafədə 220 kilovoltluq yüksəkgərginlikli yeni elektrik verilişi xətti çəkilib. Bu isə Bakının elektrik enerjisi ilə təchizatının etibarlığı və dayanıqlığını gücləndirib. Eyni zamanda, ötən il iyulun 3-də enerji sistemində baş verən qəza nəticəsində sıradan çıxan 330/220/6 kilovoltluq avtotransformator təmir edilərək “Cənub” elektrik stansiyasındakı yerinə quraşdırılıb. Ümumilikdə elektrik stansiyasının qazanlar, turbinlər və başqa avadanlıqlarda həyata keçirdiyi təmir-sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat “itirilmiş” güc bərpa olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərenerji” qızıl mükafata layiq görülüb

“Azərenerji” payız-qış mövsümünə keçib

“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

Azərenerji: “Azərbaycan” İES-də yenidənqurma işlərinin 70%-i başa çatıb

"Azərenerji" "Şimal 2" elektrik stansiyasına media-tur təşkil edib (FOTOLAR)

“Azərenerji” Mingəçevir SES-ində təmir-bərpa işləri aparır

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

“Azərenerji” ASC sistem əhəmiyyətli 17 yarımstansiyanı yenidən qurur

“McKinsey&Company” “Azərenerji”nin məsləhətçisi olub

“Azərenerji”-nin rəsmi saytı yenilənib

“Azərenerji” Şüvəlandakı “Şimal-1” elektrik stansiyasında itirilmiş 30 MVt gücü bərpa edib

“Azərenerji” istehsal və ixracını artırıb

“Azərenerji” Bakının enerji etibarlığını gücləndirmək üçün yeni xətt çəkir

“Azərenerji” yarımstansiyalarda kompleks yenidənqurma işləri aparır

“Azərişıq” və “Azərenerji” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

“Azərenerji” 200 MVt gücü bərpa edib

“Azərenerji” fevralda 24,2 milyon kilovat/saat çox elektrik enerjisi istehsal edib

“Azərenerji” yüksəkgərginlikli ötürmə xətlərini yenidən qurur

 “Azərenerji” Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur

"Azərenerji" istehsal həcmini artırıb

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

13 Dekabr 2019, 14:52 (GMT +4)
"Admiral Kuznetsov"dakı yanğında xəsarət alanların sayı 14 nəfərə çatıb

13 Dekabr 2019, 14:47 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi daha 31 mütəxəssisi işə götürüb

13 Dekabr 2019, 14:34 (GMT +4)
Metropoliten İşçiləri Həmkarlar İttifaqının IV Məclisi keçirilib

13 Dekabr 2019, 14:30 (GMT +4)
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıblar

13 Dekabr 2019, 14:25 (GMT +4)
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib (FOTOLAR)

13 Dekabr 2019, 14:18 (GMT +4)
İngiltərə İşçi Partiyasının lideri istefa edəcəyini açıqlayıb

13 Dekabr 2019, 14:12 (GMT +4)
Məktəblərdəki nöqsanlara görə 1 nəfər işdən çıxarılıb, 7 nəfərə töhmət verilib

13 Dekabr 2019, 14:04 (GMT +4)
Zənurə Talıbova rəhbər vəzifəyə gətirilib

13 Dekabr 2019, 13:54 (GMT +4)
Yol polisi piyadavurmaların qarşısını alacaq yenilik tətbiq etməyə başlayıb

13 Dekabr 2019, 13:44 (GMT +4)
Ülvi Mehdiyev: «ASAN Railway» unikal layihədir və Azərbaycan buna imza atır

13 Dekabr 2019, 13:44 (GMT +4)
Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

13 Dekabr 2019, 13:33 (GMT +4)
Dəllər-Zəyəm mənzilində baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verilib

13 Dekabr 2019, 13:25 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:22 (GMT +4)
"Admiral Kuznetsov" kreyserindəki yanğın söndürülüb

13 Dekabr 2019, 13:21 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13 Dekabr 2019, 13:12 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 13:00 (GMT +4)
Masallıda ağacəkmə aksiyası keçiriləcək

13 Dekabr 2019, 12:50 (GMT +4)
ABŞ səfiri: Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66