Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda keçiriləcək bal yarmarkasında bir sıra yeniliklər olacaq

11 Sentyabr 2019, 13:13 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews, K.Orxan. 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

SalamNews xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Leyla Məmmədova məlumat verilib.

Onun sözlərinə görə, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edir. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

Bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Analizin nəticələri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar Aqrar Tədarük və Təchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək.

Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edib, yoxlada bilərlər.

Məlumat üçün bildirək ki, yarmarka təşkilatçıları yalnız yoxlanışdan keçən və yarmarka ərazisində satışı həyata keçirilən balların keyfiyyətinə və təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Yarmarka ərazisinin yaxınlığında bu və ya digər şəxslər tərəfindən satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət yalnız məhsul satan şəxslərin üzərinə düşür.

Qeyd edək ki, yarmarkada bu il ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər. Vətəndaşlardan yarmarkada üzərində ştrix-kod olmayan qablaşmada satılan məhsulları almamağı və belə bir halla rastlaşdıqları təqdirdə məsul şəxslərə yerindəcə məlumat verməyi xahiş edilir.

Yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramların və konsertlərin keçirilməsi planlaşdırılır. Həmçinin, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.

Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər. Sifariş olunan məhsulların metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyaları yaxınlığındakı ünvanlara çatdırılması ödənişsiz, digər ərazilərə çatdırılması isə 5 manat xidmət haqqı müqabilində həyata keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

25 Yanvar 2020, 11:23 (GMT +4)
İraqdakı bazaların atəşə tutulması nəticəsində 34 ABŞ əsgəri xəsarət alıb

25 Yanvar 2020, 11:10 (GMT +4)
Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

25 Yanvar 2020, 11:00 (GMT +4)
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulub

25 Yanvar 2020, 10:41 (GMT +4)
Çində koronavirus xəstələrinin sayı artaraq 1330-a çatıb

25 Yanvar 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

25 Yanvar 2020, 10:11 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib, ölən və yaralananlar var

24 Yanvar 2020, 21:11 (GMT +4)
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66