Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda adam oğurluğuna görə ər-arvad və daha 4 nəfər saxlanılıb

12 Sentyabr 2019, 09:22 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews.Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ), Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

BŞBPİ-nin Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynov, F.Eminoğlu, V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsininin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞBPİ Bakıda keçirilmiş mitinqlə bağlı məlumat yayıb

BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən saxlanılması  barədə fikirlər həqiqəti əks etdirmir

BŞBPİ-i və Bakı Şəhər Prokurorluğu piyada ölümü barədə birgə məlumat yayıb

BŞBPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları məktəblilər arasında təlim keçirib

Ötən il Bakıda 4300-ə yaxın sərxoş sürücü aşkarlanıb - BŞBPİ rəisi

BŞBPİ 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sürücülərə müraciət edib

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

20 Sentyabr 2019, 11:45 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20 Sentyabr 2019, 11:39 (GMT +4)
Ərəblərin nefti Amerika üçün onların qanından daha mühümdür - Cavad Zərif

20 Sentyabr 2019, 11:23 (GMT +4)
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olunub

20 Sentyabr 2019, 11:00 (GMT +4)
Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır

20 Sentyabr 2019, 10:46 (GMT +4)
Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb

20 Sentyabr 2019, 10:35 (GMT +4)
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

20 Sentyabr 2019, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

20 Sentyabr 2019, 09:51 (GMT +4)
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib

20 Sentyabr 2019, 09:40 (GMT +4)
İranın xarici işlər naziri Nyu-Yorka gedib

20 Sentyabr 2019, 09:25 (GMT +4)
“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur

20 Sentyabr 2019, 09:22 (GMT +4)
Ərəb baharının kənarlaşdırdığı ilk diktator vəfat edib

20 Sentyabr 2019, 09:06 (GMT +4)
Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr 2019, 08:42 (GMT +4)
Suriyanın havadan müdafiəsi İsrailin bir pilotsuz təyyarəsini vurub

19 Sentyabr 2019, 18:13 (GMT +4)
“Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

19 Sentyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda daha 168 binanın istismarına icazə verilib

19 Sentyabr 2019, 17:56 (GMT +4)
Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

19 Sentyabr 2019, 17:50 (GMT +4)
"Azərsu” sədri Gəncədə vətəndaşları qəbul edib

19 Sentyabr 2019, 17:41 (GMT +4)
Netanyahunu qabaqlayan rəqibi onun koalisiya hökuməti qurmaq təklifini rədd edib

19 Sentyabr 2019, 17:36 (GMT +4)
Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

19 Sentyabr 2019, 17:20 (GMT +4)
Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

19 Sentyabr 2019, 16:58 (GMT +4)
“ABAD”ın ümumi dövriyyəsi 80 faiz artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66