Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Məhərrəm ayının 10-u hüznlü Aşura günüdür

10 Sentyabr 2019, 08:41 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. Hicri-qəməri tarixi ilə bu gün- məhərrəm ayının 10-u Aşura günüdür.

SalamNews-un məlumatına görə, müsəlmanlar Aşura günündə İmam Hüseynin (ə) şəhid edilməsinə görə geniş şəkildə əzadarlıq mərasimləri keçirirlər.

"Aşura" ərəb sözüdür və onuncu deməkdir. Tarixi mənbələrə əsasən, Kərbəla hadisəsindən əvvəl də Aşura gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilib. Lakin hicrətin 61-ci ilində məhərrəm ayının 10-da İmam Hüseyn(ə) və onun 72 səhabəsi İraqın Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibni Müaviyənin göstərişi ilə şəhid edilib. İmam Hüseynlə(ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır.

Hadisənin 14 əsr bundan əvvəl baş verməsinə baxmayaraq, hər il bu qanlı hadisəni yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir. Zülm qarşısında qorxmazlıq hissi bu müqəddəs ayın ən bariz əlamətidir.

İmam Hüseyn ibni Əli (ə) Həzrəti Məhəmməd (s) peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda müsəlman ümmətinin üçüncü imamıdır. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn (ə) hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbərdən nəql edilən çoxsaylı hədislərə görə, o, cənnət gənclərinin ağasıdır. Qurani-kərimdə "Əhzab" surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, o, peyğəmbərin ən sevimli nəvələrindən olub və Həzrət Məhəmməd (s) Hüseyn (ə) düşmənlərini hələ öz sağlığında peyğəmbər düşmənləri adlandırıb.

Aşura günü baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə islam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Zeyd ibni Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verib. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoyur.

Amma İmam Hüseyn (ə) qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanıb.

Aşura faciəsi bir daha sübut edir ki, zülm və işğalçılıq fədakarlıq, qorxmazlıq və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirib.

Aşuranı yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

Moskvada istilik rekordu yenilənib

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

AzTU-da 20 Yanvar faciəsi anılıb

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

“Data analizi: SPSS və kontent təhlili" mövzusunda seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar indiyədək 1622 nəfərin namizədliyi qeydə alınıb

Mişustin və Medvedev görüş keçirib

Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

Ukrayna vurulan təyyarəyə görə İrandan sənəd üzərində etirafını istəyir

“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 17:45 (GMT +4)
“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

17 Yanvar 2020, 17:43 (GMT +4)
Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

17 Yanvar 2020, 17:40 (GMT +4)
Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

17 Yanvar 2020, 17:34 (GMT +4)
Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

17 Yanvar 2020, 17:32 (GMT +4)
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17 Yanvar 2020, 17:20 (GMT +4)
Moskvada istilik rekordu yenilənib

17 Yanvar 2020, 17:14 (GMT +4)
Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

17 Yanvar 2020, 17:12 (GMT +4)
AzTU-da 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2020, 17:07 (GMT +4)
“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

17 Yanvar 2020, 17:04 (GMT +4)
“Data analizi: SPSS və kontent təhlili" mövzusunda seminar keçiriləcək

17 Yanvar 2020, 16:58 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar indiyədək 1622 nəfərin namizədliyi qeydə alınıb

17 Yanvar 2020, 16:54 (GMT +4)
Mişustin və Medvedev görüş keçirib

17 Yanvar 2020, 16:52 (GMT +4)
Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

17 Yanvar 2020, 16:36 (GMT +4)
Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

17 Yanvar 2020, 16:29 (GMT +4)
Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

17 Yanvar 2020, 16:20 (GMT +4)
Ukrayna vurulan təyyarəyə görə İrandan sənəd üzərində etirafını istəyir

17 Yanvar 2020, 16:02 (GMT +4)
“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

17 Yanvar 2020, 16:01 (GMT +4)
İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

17 Yanvar 2020, 15:46 (GMT +4)
Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

17 Yanvar 2020, 15:40 (GMT +4)
AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 15:26 (GMT +4)
KİV: Ramzan Kadırova yeni vəzifə təklif edilib

17 Yanvar 2020, 15:15 (GMT +4)
«Ən-Nusra» Hələbin qərbini minaatanlardan hədəfə alıb, 8 sakin həlak olub

17 Yanvar 2020, 15:01 (GMT +4)
Qoşqar Təhməzli: Sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

17 Yanvar 2020, 14:58 (GMT +4)
Rusiya XİN Liviya mövzusunda ABŞ ilə fikir ayrılıqlarından danışıb

17 Yanvar 2020, 14:40 (GMT +4)
AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

17 Yanvar 2020, 14:26 (GMT +4)
Suriyada partlayış nəticəsində üç türk hərbçisi ölüb

17 Yanvar 2020, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Yanvar 2020, 13:48 (GMT +4)
Çinin əhalisi 1,4 milyardı ötüb

17 Yanvar 2020, 13:43 (GMT +4)
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb

17 Yanvar 2020, 13:35 (GMT +4)
Süleymaninin dəfn mərasimi və ABŞ-a raket zərbələri günü seçilmiş İlahi günlərdir - Ayətullah Xamenei

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66