Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Hərbiyyə - 101” düşərgəsi davam edir

09 Sentyabr 2019, 16:10 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. "Hərbiyyə -101" düşərgəsinin 3-cü günündə fiziki hazırlıqlar üzrə məqbulların qəbulundan sonra Təlim Mərkəzində zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələrin dəfetmə qaydaları izah edilib.

Bölmə tərkibində tankların sürülməsi üzrə nümunəvi məşqlərin ardından tank atış sahəsində praktiki atışın yerinə yetirilməsi nümayiş etdirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, atışın əsasları, çevik şəkildə atəş sahəsində kəşf edilmiş hədəflərin dərhal məhv etmə qaydaları, atəşin idarə edilməsi izah edilib. Həmçinin praktiki atışın yerinə yetirilməsi, tədris nöqtələrində atəş hazırlığı üzrə normativlər icra olunub.

İştirakçılar Azərbaycan Ordusu üzrə keçirilən yarışlarda ən yaxşı tank bölüyü adına layiq görülmüş bölüyün zabitləri ilə görüşüblər.

Sonra 100-dən çox döyüş və digər texnikalar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələrinin artilleriya və texnikaları, mühəndis silahlandırma vasitələri, yeni nəsil rabitə avadanlıqları, tibb-təxliyyə zirehli avtomobilləri nümayiş olunub.

Atəş hazırlığı məşğələlərində təhlükəsizlik qaydaları izah olunub və atıcı silahların natamam sökülüb-yığılması yarışları təşkil olunub.

Xocavənd rayonunda Şəhidlər abidəsi ziyarət olunduqdan sonra əl qumbaralarının dəqiqliyə atılması üzrə komandalar yarışıb.

Düşərgənin 4-cü günündə isə mühəndis silahlandırma vasitələri ilə tanışlıqdan sonra mina əleyhinə keçid açma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, mina atan cihazlar və istekamçıların geyimləri, mühəndis şans alətləri, partlamayan tel əngəlləri, mövqelərdə istifadə olunan metal səbətlər və istekamçı itlər barədə məlumat verilib.

Təlim sahəsində partlayışların praktiki icrasını iştirakçılar əsgərlərlə birgə yerinə yetiriblər.

Od və elektrik üsulu ilə tək-tək, bir neçə atımın partladılması, MTU-90 ilə maneələr üzərindən körpülərin qurulması nümayiş olunub.

Döyüşçülər və iştirakçılar tərəfindən əlaltı vasitələr (balta, bıçaq) ilə hədəflərə xətər yetirilməsi və zərərsizləşdirmə icra olunub.

Silahlanmada olan yeni nəsil rabitə vasitələri və tək əsgərin taktiki nəzarət zolağını keçməsi üzrə nümunəvi məşğələ maraqla qarşılanıb.

Günün sonunda iştirakçılara döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyyə edilməsi praktiki izah olunub.

"Hərbiyyə - 101" düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar (FOTOLAR)

“Hərbiyyə-101” düşərgəsinə start verilib (FOTOLAR)

"Hərbiyyə" vətənpərvərlik düşərgəsini daha sistemli şəkildə təşkil edəcəyik - Ülvi Mehdiyev

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

Hərbiyyə düşərgəsi başa çatıb (FOTOLAR)

“Hərbiyyə - 2019” layihəsi çərçivəsində yüzdən çox gənc Gədəbəydəki hərbi hissədə olub (FOTO)

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadılıb (FOTOLAR)

Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

24 Fevral 2020, 09:20 (GMT +4)
İsrail eyni zamanda Qəzza və Dəməşqi aviazərbələrlə hədəfə alıb (VİDEO)

24 Fevral 2020, 09:03 (GMT +4)
Türkiyə müvəqqəti olaraq İranla sərhədi bağlayıb

24 Fevral 2020, 09:02 (GMT +4)
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66