Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur (FOTO)

07 Sentyabr 2019, 14:41 (GMT +4)

Bakı, 7 sentyabr, SalamNews.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC tərəfindən mütəmadi olaraq paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur.

Yasamal və Binəqədi rayonlarında şənbə və bazar yarmarkalarının təşkil edilməsi isə artıq ənənə halını alıb. Bu yarmarkalar yerli kiçik və orta fermer təsərrüfatlarının istehsal etdikləri kənd təsərrüfatı məhsullarının qiymətlərinin şəhərin digər satış mərkəzləri ilə müqayisədə daha münasib olması və çeşid zənginliyi ilə fərqlənir.

SalamNews xəbər verir ki, yarmarkalarda ölkənin müxtəlif regionlarından gəlmiş fermerlər öz yetişdirdikləri məhsulları birbaşa alıcıya təqdim edirlər. Bu alış-veriş hər iki tərəf üçün sərfəlidir. Belə ki, fermerlər heç bir ödəniş etmədən məhsullarının satışı üçün alternativ satış kanalı əldə edirlərsə, alıcılar da təbii məhsulları birbaşa fermerlərdən almaqla ailə büdcələrinə qənaət etmiş olurlar.

Binəqədi rayonunda təşkil olunan yarmarkadan mütəmadi olaraq alış-veriş edən Zemfira Xəlilova da qiymətlərdən razı olduğunu bildirir: “Demək olar ki, yarmarkanın keçirildiyi ilk gündən bazarlığı burdan edirəm. Qiymətlərdən razıyam, hər məhsulun özünə uyğun qiyməti var. Məhsulların keyfiyyəti də məni qane edir. Yarmarka sayəsində bir neçə fermer dost da qazanmışam”.

Həmsöhbət olduğumuz digər alıcı isə Arif Əliyev oldu. O, yarmarkanın onun üçün əlverişli yerdə keçirildiyini və qiymətlərin ailə büdcəsinə uyğun olduğunu qeyd etdi: “Burdan iki bina uzaqda qalıram. Nə qədər məhsul alsam belə evə aparmaqda problemim olmur. Qiymətlər münasib olduğundan demək olar ki, hər zaman yarmarkadan əli dolu çıxıram”.

“Kənddən Şəhərə” yarmarkasından razılıq edən yalnız alıcılar deyil, məhsullarını satışa çıxaran fermerlər də şəraitdən razıdırlar.

Salyan ranoyunun Xalac kənd sakini Elmar İbrahimov yarmarkaya öz həyətinin üzüm məhsulunu gətirib. O, belə bir yarmarkanın keçirildiyindən internet vasitəsilə xəbər tutduğunu deyir: “İnternet yarmarkayla bağlı məlumatlar qarşıma çıxdı. Daha sonra təşkilatçı şirkətlə əlaqə saxladım, mənə şərtlər izah edildi. Məhsul satışı etmək üçün nə lazımdırsa, hamısını veriblər. Ən yaxşısı da odur ki, piştaxtalar ödənişsizdir. Hər həftəsonu məhsulumu götürüb yarmarkaya gəlirəm. Satışdan razıyam, alıcılarım var”.

Qeyd edək ki, yarmarka Binəqədi rayonunda Süleyman Sani Axundov küçəsi 5B ünvanında, Yasamal rayonunda isə Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yanı) hər şənbə və bazar günləri keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

Taxıl sahələrində düzgün aparılmayan arqotexniki qulluq məhsuldarlığın azalmasına səbəb olur - KTN rəsmisi

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

14 Sentyabr 2019, 14:29 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

14 Sentyabr 2019, 14:02 (GMT +4)
Prezident İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

14 Sentyabr 2019, 13:50 (GMT +4)
Şərur Sənaye Məhəlləsi yaradılıb

14 Sentyabr 2019, 13:29 (GMT +4)
Husilər Səudiyyənin 2 böyük neft zavodunu bu gün vurduqlarını bəyan ediblər (VİDEO)

14 Sentyabr 2019, 13:27 (GMT +4)
FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

14 Sentyabr 2019, 12:57 (GMT +4)
Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

14 Sentyabr 2019, 12:41 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Sentyabr 2019, 12:35 (GMT +4)
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

14 Sentyabr 2019, 12:27 (GMT +4)
DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib

14 Sentyabr 2019, 12:02 (GMT +4)
Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

14 Sentyabr 2019, 12:01 (GMT +4)
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları Azərbaycana gəliblər

14 Sentyabr 2019, 11:45 (GMT +4)
Dövlət Agentliyinin sədri “ABAD” stendini ziyarət edib

14 Sentyabr 2019, 11:27 (GMT +4)
Azərbaycanda əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

14 Sentyabr 2019, 11:25 (GMT +4)
Putin Suriya və Livana hücumla bağlı Netanyahuya xəbərdarlıq edib - KİV

14 Sentyabr 2019, 11:08 (GMT +4)
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib (FOTOLAR)

14 Sentyabr 2019, 10:51 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Onlarla yaralı var (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66