Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilib

05 Sentyabr 2019, 15:24 (GMT +4)

Bakı, 5 sentyabr, SalamNews. Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) istifadəyə verilib.

SalamNews-un məlumatına görə, sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.

Yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Sistemin təqdimat mərasimində çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bildirib ki, kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmadığı səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir.

"Buna görə də ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək”, - deyə M. Əliyev qeyd edib.

Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək.

Yeni sistem Aqrar Kredit və İnkişaf Agentliyinə müvəkkil kredit təşkilatlarının kredit müraciət edənləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir.

M. Əliyevin sözlərinə görə, Agentlik fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı yaradacaq: "Belə ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə ediləcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq”.

M. Əliyev əlavə edib ki, belə bir alətin hazırlanmasına təxminən 200 min dollar məbləğində vəsait tələb olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aqrar Tədarük və Təchizat” ASC-də qida təhlükəsizliyi mövzusunda təlim keçirilib

Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

Azərbaycan Dövlət Aqrar Universitetində sənəd qəbulu başlayıb

Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edib

“Aqrar İnkişaf Könüllüləri” daha 2 qurumda fəaliyyətə başlayıb

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib

Fermerlər Şurasının üzvləri aqrar islahatlarla bağlı məlumatlandırıblar

Nazir: Kənd təsərrüfatı sahəsi aqrar elm olmadan inkişaf edə bilməz

Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılır

"Dövlət Aqrar Ticarət Şirkəti" fermerlərə müraciət edib

Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib

Azər Hümbətov: “Caspian Agro” sərgisində iştirakımızın səbəbi aqrar sahədəki islahatlardır

Azərbaycan ilə Uruqvay arasında aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Dövlət Aqrar Ticarət Şirkəti KOICA ilə protokol imzalayıb

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

İranda selin aqrar sahəyə vurduğu ziyanın ilkin statistikası açıqlanıb

Dövlət Aqrar Ticarət Şirkəti internetlə satışa başlayacaq

“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib

16 Sentyabr 2019, 18:10 (GMT +4)
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib

16 Sentyabr 2019, 18:04 (GMT +4)
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66