Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 234 müraciət daxil olub

05 Sentyabr 2019, 09:55 (GMT +4)

Bakı, 5 sentyabr, SalamNews.Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Avqustun 15-dən başlayan bu proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyindən SalamNews-a verilən məlumata görə, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının Ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır.

Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə, məktəbə müraciətini tamamlayır. Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir.

Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideyn www.sy.edu.az sisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər.

Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdən https://edu.gov.az/az/page/394/5172 məlumat əldə etmək mümkündür.

Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətini sentyabrın 30-dək dayandırıb

Təhsil Nazirliyi: Bu gün daha 2383 namizəd müəllim işləmək üçün imtahan verir

Təhsil Nazirliyi: Bu gün daha 3 330 namizəd MİQ imtahanı verəcək 

Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib

Təhsil Nazirliyi: İngilis dili müəllimi olmaq istəyən 3363 namizəd bu gün imtahan verir

Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib

Təhsil Nazirliyi: Bu gün daha 3 506 namizəd MİQ imtahanı verəcək

Təhsil Nazirliyi: İşə qəbul imtahanlarında iştirak etmiş namizədlər apellyasiya müraciəti edə biləcəklər

Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Təhsil Nazirliyi: Bu gün MİQ imtahanında 2 282 namizəd iştirak edəcək

Təhsil Nazirliyi: Bu gün MİQ imtahanında 2 795 namizəd iştirak edəcək

Təhsil Nazirliyi: Bu gün 3 523 nəfər MİQ imtahanında iştirak edəcək

Təhsil Nazirliyi: Bu gün müəllimlərin işə qəbulu imtahanları keçirilir

Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

Təhsil Nazirliyi işə qəbul üçün hazırlanan suallar ilə bağlı iddialara cavab verib

Təhsil Nazirliyi yeni təkliflər planı hazırlayacaq

Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

25 Sentyabr 2020, 12:45 (GMT +4)
"Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib

25 Sentyabr 2020, 12:40 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçib

25 Sentyabr 2020, 12:35 (GMT +4)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edilib

25 Sentyabr 2020, 12:33 (GMT +4)
Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

25 Sentyabr 2020, 12:31 (GMT +4)
BŞTİ: Məktəbəhazırlıq qruplarına 27 136 uşaq cəlb olunacaq

25 Sentyabr 2020, 12:27 (GMT +4)
Təhsil naziri tələbələri təbrik edib

25 Sentyabr 2020, 12:15 (GMT +4)
"Brent" markalı xam neftin qiyməti 42,17 dollara yüksəlib

25 Sentyabr 2020, 12:13 (GMT +4)
Neftçalada qanvermə aksiyası keçirilib

25 Sentyabr 2020, 12:03 (GMT +4)
Kim Çen In ilk dəfə olaraq Cənubi Koreya xalqından üzr istəyib

25 Sentyabr 2020, 12:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

25 Sentyabr 2020, 11:52 (GMT +4)
ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

25 Sentyabr 2020, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

25 Sentyabr 2020, 11:44 (GMT +4)
Tramp gələcək ABŞ seçkilərinin düzgün keçiriləcəyindən əmin deyil

25 Sentyabr 2020, 11:30 (GMT +4)
“Azexport” portalında sığorta xidmətləri yerləşdiriləcək

25 Sentyabr 2020, 11:29 (GMT +4)
İranda bir təlim təyyarəsi qəzaya uğrayıb

25 Sentyabr 2020, 11:20 (GMT +4)
ABŞ prezidenti hakimiyyətdən dinc yolla getməsinin şərtlərini açıqlayıb

25 Sentyabr 2020, 11:16 (GMT +4)
“Bavariya” UEFA Super Kubokunun qalibi olub

25 Sentyabr 2020, 11:02 (GMT +4)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır

25 Sentyabr 2020, 10:59 (GMT +4)
İlk dəfə olaraq Səudiyyə Ərəbistanın xaricdəki müxalifəti partiya təsis edib

25 Sentyabr 2020, 10:47 (GMT +4)
Fransa bir gündə 16 min COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 10:45 (GMT +4)
Prezident İlham Əliyev: Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır

25 Sentyabr 2020, 10:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 61 dəfə pozub

25 Sentyabr 2020, 10:27 (GMT +4)
İranda hərbi parada edilən qanlı hücumun yeni görüntüləri yayılıb (VİDEO)

25 Sentyabr 2020, 10:13 (GMT +4)
BMT Baş Katibi: İnsanlıq pandemiya sınağından keçə bilmədi

25 Sentyabr 2020, 10:06 (GMT +4)
Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində (FOTO)

25 Sentyabr 2020, 09:53 (GMT +4)
“Prezident Heydər Əliyev” tankeri istismara buraxılıb

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyətin qəlizləşdiyini deyib

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Fələstinli hərəkatların növbəti taleyüklü görüşü Qətərdə keçiriləcək

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Vətəndaşlardan alınan pikaplarla bağlı növbəti açıqlama verilib

25 Sentyabr 2020, 09:30 (GMT +4)
Azərbaycan Prezidenti: Ermənistanda faktiki olaraq diktatura qurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66