Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib

03 Sentyabr 2019, 14:37 (GMT +4)

Bakı, 3 sentyabr, SalamNews.Bu gün Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu öz işinə başlayıb.

SalamNews nazirliyə istinadla xəbər verir ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.

Forum zamanı çıxış edən nazir Azad Rəhimov ilk olaraq Taha Ayhanı İCYF -a prezident seçilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzuladı. Nazir, bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu xüsusi olaraq qeyd etdi.

Nazir çıxışında Azərbaycan Hökümətinin daim İCYF -nı dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırdı. Eyni zamanda, İstanbulda İCYF-nın baş gərargahının açılışında da cənab İlham Əliyevin iştirak etdiyini bildirirdi. Nazir vurğuladı ki, həmin gün, 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri “Gənclər günü” kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Azad Rəhimov təşkilat və Azərbaycan Höküməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: “2018-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamısı” ilk Fəxri Nişanı” nı verdiyiniz üçün sizə təşəkkür edirəm.” Çıxışının davamında nazir söyləyib ki, bu gün dünyanın 25%-i, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra İslam ölkələrinin gəlirləri və həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər, siyasi, iqtisadi, ümumilikdə ölkənin inkişafına yönəlik sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.

Mövzunun davamı olaraq Azərbaycanda həyata keçirilən Dövlət gənclər siyasəti haqda məlumat verən nazir Azad Rəhimov bildirib: “Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildən ölkəmizdə “2 Fevral Gənclər günü” qeyd edilir. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlik Dövlət proqramları, Strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan artıq Gənclər Mərkəzləri mövcuddur. 300-dən çox Gənclər Təşkilatları fəaliyyət göstərir.”

Sonda nazir Forum iştirakçılarına uğurlar arzuladı.

Qeyd edək ki, forum çərçivəsində nazir Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğanla ikitərəfli görüşlər keçirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov: Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır

Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi (FOTOLAR)

Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

Azad Rəhimov Beynəlxalq idman forumuna dəvət edilib

Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb (FOTO)

Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir

Nazir Azad Rəhimov gənc şahmatçıları təbrik edib

Azad Rəhimov: İdmançılarımızın qazandığı medalların sayı bizi qane edir

Azad Rəhimov ordenlə təltif edilib

Azad Rəhimov media nümayəndələrini təbrik edib

Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb

Nazir Azad Rəhimov Masallıda vətəndaşlarla görüşüb

Bakıda yerləşən idman qurğuları hazır vəziyyətə gətirilib - Azad Rəhimov

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı mühüm təklif verib

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66