Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-ya qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

03 Sentyabr 2019, 16:26 (GMT +4)

Bakı, 3 sentyabr, SalamNews.2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb.

SalamNews BDU-ya istinadən xəbər verir ki, Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər BDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6462 nəfər təşkil edib. Onlardan 5127 nəfər tələbə 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107 nəfəri subbakalavrdır.

Qeyd edək ki, bu ilki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbərin sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, BDU üzrə bakalavriat səviyyəsinə qəbul olan tələbələrin 59,3 faizi dövlət sifarişli, 40,7 faizi ödənişli əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin isə 65 faizə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura səviyyələri üzrə güzəştli kateqoriyaya düşən tələbələrinin sayı isə 503 nəfərdir.

Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 252 nəfər tələbəyə ilkin olaraq illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradılıb.

Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında ali təhsil müəssisəsi kimi BDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri, o cümlədən 600 və daha yuxarı yuxarı bal toplayan 318 nəfəri, 500-600 arası bal toplayan 1245 nəfəri Bakı Dövlət Universitetini seçib. 9 nəfər tələbə müsabiqədənkənar qəbul olub. 600 və daha yüksək bal toplayan tələbələr əsasən Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dövlət və ictimai münasibətlər, Kompüter elmləri, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Politologiya və s. ixtisaslarını seçiblər. Humanitar fakültələr üzrə ən yüksək minimum keçid balı hüquqşünaslıq, təbiət fakültələri üzrə isə Riyaziyyat müəllimliyi ixtisasında olub.

Məlumat üçün bildirək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU-da Hindistan Mədəniyyət Mərkəzi açılacaq

BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

BDU-da Ulu Öndərə həsr olunuş məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb (FOTO)

“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

Xalq yazıçısı Çingiz Abdullayev gənclərlə görüşüb

Pərvanə İbrahimova BDU-nun yubiley medalı ilə təltif edilib

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun 100 illiyinə həsr olunmuş Məzun Forumu keçiriləcək

Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

BDU-nun bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

20 Yanvar 2020, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2020, 22:15 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirilib (FOTOLAR)

19 Yanvar 2020, 12:22 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2020, 12:04 (GMT +4)
Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

19 Yanvar 2020, 11:45 (GMT +4)
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

19 Yanvar 2020, 11:06 (GMT +4)
Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66