İranlı nazir Trampın Nahid süni peyki ilə bağlı istehzalı paylaşımına cavab verib (FOTO)31 Avqust 2019, 12:30 (GMT +4) Bakı, 31 avqust, SalamNews, B.Samid. İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ölkədə süni peykin orbitə buraxılmasının uğursuz alınması ilə bağlı Trampın istehzalı paylaşımına münasibət bildirib.
SalamNews xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri orbitə buraxılması planlaşdırılan Nahid süni peykinin qarşısında duraraq Trampın istehzalı paylaşımına cavab verib.
İranlı nazir bu gün rəsmi twitter səhifəsindən belə paylaşım edib:
"Tramp sabahın xeyir, Nahidin vəziyyəti yaxşıdır."
O həmçinin bu gün "Nahid-1" telekomminikasiya süni peykinin olduğu labaratoriyaya baş çəkib və jurnalistlərə bildirib ki, peyk orbitə buraxılmaq üçün hələ Müdafiə Nazirliyinə təhvil verilməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün İranın Semnan əyalətində yerləşən kosmodromundan bir foto yayımlayıb və iddia edib ki, burada partlayış baş verib. Tramp bildirib ki bu partlayışı ABŞ törətməyib. O eyni zamanda istehza edərək İrana bu zəmində müvəffəqiyyətlər arzulayıb.
|