Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Həsən Həsənov: "Xalq qəzetin"in redaksiyası həmişə fədakarlar ocağı olub (MÜSAHİBƏ)

30 Avqust 2019, 16:48 (GMT +4)

Bakı, 30 avqust, SalamNews, Ş.Nəzərli. Azərbaycanda son yüz il ərzində hər cür çətinlik və mürəkkəb vəziyyətlərə baxmayarq oxucuları ilə davamlı olaraq görüşə gəlmiş “Xalq qəzeti”nin (1991-ci il avqustun 27-nə kimi “Kommunist” adı ilə nəşr olunmuşdur) bu il fevralın 5-də 29 000-ci nömrəsi nəşr olundu. Bu rəqəmlər təkcə hesab ifadə etmir, onların arxasında milli mətbuatımızın enişli-yoxuşlu yolu, dövri nəşri ərsəyə gətirmiş yüzlərlə fədakar insanın əməyi və taleyi, dövlət-cəmiyyət münasibətləri durur. Bu mənada ümummilli lider Heydər Əliyevin qəzet barədə hələ 1994-cü ilin avqust ayında dediklərini xatırlayaq: " “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır ".

"Xalq qəzeti"nin kollektivi, eləcə də milyonlarla oxucu sevimli nəşrin 100 illik yubileyini fərəhlə qeyd etdi.

SalamNews bu münasibətlə qəzetin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənova bir neçə sualla müraciət edib. 

- Həsən müəllim, "Xalq qəzeti" nin çox qısa avtobioqrafik mənzərəsini necə təqdim edərdiniz?

- Yüz il yaşamaq və 29 min dəfədən çox oxucu görüşünə gəlmək Azərbaycan milli mətbuatının tarixində ikinci bir dövri nəşrə nəsib olmamışdır.Ölkəmizdə ilk milli qəzetimiz sayılan “Əkinçi”dən 44 il sonra birinci sayı işıq üzü görmüş “Kommunist” Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat üçün yaratdığı demokratik şəraitdə türk-müsəlman sosial-demokratların orqanı kimi nəşrə başlamış və ilk nömrəsindən (29 avqust 1919-cu il) sonra fəaliyyəti dayandırılmışdır. Bolşeviklərin hakimiyyəti ələ almasından sonra qəzet nəşrini 1920-ci il aprelin 30-dan davam etdirmişdir. Yeni kommunist rəhbərlik yerli idarəçilikdə hər şeyin hazırına sahibləndiyi kimi, baş informasiya-təbliğat ruporu olan gündəlik rəsmi qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin nəşr etdiyi ilk dövlət qəzeti olan “Azərbaycan”ın redaksiyasında və onun yaradıcı kollektivinin iştirakı ilə, lakin öz ¬ideologiyasının ad və məzmununda – “Kommunist” adı ilə buraxmağa başlamışdı. Göründüyü kimi, “Kommunist” qəzeti gündəlik ictimai-siyasi nəşr kimi ardıcıl olaraq 1920-ci il aprelin 30-dan buraxılsa da, onun 10 illiyinin qeyd olunması üçün tarix müəyyən edilərkən ilk nömrəsinin buraxıldığı 1919-cu il əsas götürülmüşdür.

- Yəni sovet hakimiyyəti dövründə 71 il “Kommunist” adı ilə populyar “Xalq qəzeti” ilk rəsmi dövri nəşr olmuş “Azərbaycan”ın real hüquqi varisi olmuşdur, eləmi?

- 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə ilk respublika qurumu və təsisatlarının həqiqi yaranma tarixinin Azərbaycan Xalq Cümhuriyyəti dövründən hesablanması ilə ədalət öz yerini tutdu. Bu mənada sovet hakimiyyəti dövründə 71 il “Kommunist” adı ilə çıxmış respublikanın avanqard mətbu orqanı “Xalq qəzeti” ilk rəsmi dövri nəşr olmuş “Azərbaycan”ın real hüquqi varisi olmuşdur. 1994-cü ilin avqustunda qəzetin 75 yaşı tamam olanda ümummilli lider Heydər Əliyevin redaksiya kollektivinə göndərdiyi təbrik məktubu “Xalq qəzeti”nin XX əsrdə Azərbaycan cəmiyyətində, eləcə də milli mətbuatımızın tarixində tutduğu layiqli mövqeyə verilən ədalətli rəsmi dəyər olaraq onun sonrakı fəaliyyətini stimullaşdırmışdır.

- İstər Azərbaycanın, istərsə dünyanın mətbuat tarixində nəzəri konstruksiyalar mövcud olmuşdur. Hazırda həmin özəyi qoruyub saxlamaq müyəssər olurmu?

- Müasir mətbuatın fəaliyyətinin obyektiv təhlili göstərir ki, nəzəri konstruksiyalar bugünkü jurnalistikada özünü o qədər də qabarıq büruzə vermir. Çünki indiki dövrdə kütləvi informasiya vasitələri steril fəaliyyət göstərmir, mətbuat real həyatın çətinlikləri, səciyyəvi amilləri, ziddiyyətləri fonunda ictimai münasibətlər sisteminin tərkib hissəsi olaraq cəmiyyətin digər təsisatlarının qarşılıqlı təsirini hiss etməkdədir.
Qeyd etmək lazımdır ki, şəxsiyyətin iradə azadlığını qəbul edən, rasionalizm fəlsəfəsinə, insanın təbii hüquqlarına istinad edən liberal modelə görə, kütləvi kommunikasiya vasitələri hökumətin və digər hakimiyyət institutlarının fəaliyyətinə mühüm ictimai nəzarət orqanıdır.

- Buna baxmayaraq çağdaş yaşlı jurnalistlər "Kommunist"i də, "Xalq qəzeti"nin ilk nəşr illərini də yaxşı xatırlayırlar, gənc həmkarlarına bu mətbu orqanlarını örnək gətirirlər. Xüsusən də milliliyin qorunması aspektində. Şübhəsiz ki, bu məsələlər asan başa gəlməmişdir.

- Doğrudur. Bir necə fakta nəzər salaq: Türk-müsəlman sosial-demokratların orqanı kimi 1919-cu il avqustun 29-da nəşr edilən “Kommunist” qəzetinin ilk nömrəsi ictimai-siyasi məzmun və ictimai rəyə təsir baxımından heç də təhlükəli sayıla bilməzdi. Bu xüsusi buraxılış siyasi-ideoloji mübarizə məfkurəsindən uzaq xatirə nəşri idi. Lakin ölkədəki mürəkkəb durumu diqqət mərkəzində saxlayan Müsavat polisi bu nəşrə sərt reaksiya verdi: qəzetin nüsxələri müsadirə edildi, nəşri qadağan olundu. 1920-ci ilin əvvəllərində Azərbaycanın daxili siyasi həyatı xeyli sabitləşdi. Yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması barədə qərar qəbul etdi. Belçika, Hollandiya, İsveç, Finlandiya və başqa dövlətlər Bakıda öz nümayəndəliklərini açmağa başladılar. Təəssüf ki, ölkənin həyatında yaranan sabitlik uzun sürmədi. Yerli bolşeviklər milli hökumətə qarşı fəal mübarizə aparsalar da, öz qüvvələri ilə dövlət çevrilişi etmək iqtidarında deyildilər. Bu səbəbdən də onlar bolşevik Rusiyasının təcavüzünə ümid bəsləyirdilər.

RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 2 yanvar 1920-ci il tarixli nota ilə Rusiya adından Azərbaycan hökumətindən tələb edirdi ki, Cənubi Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı, ağqvardiyaçı general Anton Denikinə qarşı müharibəyə başlasın. 1920-ci ilin fevral-mart aylarında verilən notalarda da belə tələblər irəli sürülürdü. Əslində, bu notalar bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüz və müdaxilə niyyətini pərdələmək üçün diplomatik manevr idi. Aprelin 25-26-da XI Qızıl Ordu Azərbaycanın şimal sərhədini keçdi. Azərbaycanın əsas hərbi qüvvələri qərb cəbhəsində olduğundan rus ordusunun təcavüzünün qarşısını almaq mümkün olmadı. Aprelin 27-də bolşeviklər RK (b)P Qafqaz Ölkə Komitəsinin Bakı Bürosu adından Azərbaycan parlamentinə hakimiyyətin bolşeviklərə verilməsi barədə nota təqdim etdilər. Parlamentin aprelin 27-də keçirilən sonuncu iclasında hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra Rusiyanın hərbi təcavüzü nəticəsində süqut etdi.

Bolşevik hakimiyyətinin möhkəmləndirilməsi, yerli əhalinin milli-siyasi müqavimətinin aradan qaldırılması, geniş xalq kütlələrinin etirazının qarşısının alınması, sovet ideologiyasının təbliğinin gücləndirilməsi yeni mətbu orqanların yaradılmasını və bu sahənin bütövlükdə ciddi nəzarət altında saxlanmasını tələb edirdi.Bolşeviklər aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin demokratik mətbuat orqanı olan “Azərbaycan” qəzetinin redaksiyasına gələrək qəzetin redaktoru vəzifəsini icra edən Üzeyir bəy Hacıbəylini (həmin vaxt qəzetin baş redaktoru Ceyhun bəy Hacıbəyli Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Fransada idi) işdən kənarlaşdırmaqla 1919-cu ildə fəaliyyəti dayandırılmış “Kommunist” qəzetinin nəşrini bərpa etdilər. “Azərbaycan” qəzetininkollektivininiştirakıiləaprelin 30-da

“Kommunist” qəzetinin ilk sayı nəşr olundu və qəzetin bütün maddi-texniki bazası “Kommunist”in sərəncamına verildi.

- Dediklərinizlə yanaşı, həmin illərdə qəzetin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz olmuşdur.

- Uzun onilliklər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilmişdir. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Mir Cəlal, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir İmanquliyev, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu kimi görkəmli ziyalılar uzun illər qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, onun sağlam yöndə inkişafına ciddi təsir göstərmişlər. Bu avanqard gündəlik rəsmi qəzetin ideya-siyasi və peşəkarlıq səviyyəsi respublikanın bütün dövri nəşrləri üçün örnək kimi qəbul edilmişdir. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxil olmuşdur. Müasir qəzetçilik üslubu, əsasən, “Kommunist” qəzetinin səhifələrində cilalanmış, ədəbi dilimiz bu nəşrin fəaliyyətində xeyli zənginləşmişdir.

- O vaxt qəzetin xarici əlaqələri haqqında da bir neçə söz, lütfən?

- Əlaqələr texniki məslələlərlə başlamışdır. Bütün Şərqdə ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk sətri mətnyığan linotip maşın ¬1925-ci ildə ABŞ-da “Kommunist” qəzetinin sifarişi ilə hazırlanmışdır. Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə səfəri zamanı Bakıya gələrkən redaksiyada olmuş və sonralar qəzetə xaricdən ictimai əsaslarla müxbirlik etmişdir. Qəzetin Böyük Britaniya üzrə müxbiri, Britaniya parlamentinin üzvü Valton Nyubold redaksiyaya vaxtaşırı maraqlı yazılar göndərmişdir. Mətbuat sahəsində çalışan məşhur tərcüməçilər də uzun illər “Kommunist” qəzetində formalaşmışlar.

- Şahidik ki, SSRİ-nin süqutu prosesində rəsmi partiya orqanı kimi tanınmış qəzet milli-azadlıq hərəkatını dəstəkləyirdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə gedirdi.

- XX əsrin sonlarında – SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə getmişdir. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan yazılar dərc olunmuşdur. “Kommunist” qəzeti SSRİ-də Kommunist Partiyasının buraxılmasından və Azərbaycanın dövlət suverenliyinin elan olunmasından əvvəl öz müstəqilliyini elan edərək 1991- ci il avqustun 27-dən sonra məhz “Xalq qəzeti” adı ilə azad mətbuat orqanına çevrilmişdi.

- Ölkə yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan, hər sahədə diqqətçəkən nailiyyətlər qazanmaqla dünyada tanınmağa başlayandan sonra "Xalq qəzeti"nin qarşısında duran vəzifələr necə yenilənmişdir?

- Müstəqilliyimizin ilk illərində başı hakimiyyət davasına qarışmış və hakimiyyəti meydan eyforiyası zəminində qəsb edən naşı, milli maraqları təmin edə bilməyən rəhbərliyin redaksiyanın fəaliyyətinə müxtəlif maneələr törətməsinə baxmayaraq kollektiv xalq işinə, suverenliyimizə sədaqət yolundan dönməmişdir. Qəzetin yeni tarixi şəraitdə normal fəaliyyəti və demokratik cəmiyyət quruculuğu prosesində fəal iştirakı da ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti kimi bərqərar etdiyi sabitlik və inkişaf dövründə mümkün olmuşdur. 1995-ci il noyabrın 13-də ulu öndər Heydər Əliyevin zəka və məramının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyasını dərc etməklə “Xalq qəzeti”nin fəaliyyətində yaranmış qısa fasilə bitmiş, redaksiyanın cəmiyyətdəki statusu və rolu özünə qayıtmışdır. Son 26 ildə “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı ¬Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında zəngin təcrübəsi ilə fəal iştirak edir.

“Xalq qəzeti” ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan sonra təcrübəli mətbuat orqanı kimi cəmiyyətdəki nüfuzunu artırır, ölkənin öncül qəzeti mövqeyini qoruyub saxlayır. Həmişə fədakarlar ocağı olmuş “Xalq qəzeti” redaksiyası ənənəsinə bu gün də sadiqdir.

- Həsən müəllim, Sizin simanızda redaksiya kollektivini və yüz minlərlə sadiq oxucunuzu "Xalq qəzeti"nin 100 illik yubileyi münasibətilə təbrik edirik, dövlətçilik və milli mənafe naminə işlərinizdə yeni uğurlar arzulayaq. Marqalı müsahibəyə görə təşəkkür edirik.

- Çox sağolun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Xalq qəzeti”nin baş redaktoru: Vətənə və dövlətçiliyə sədaqətlə xidmət etmək şərəfli missiyadır

“Xalq qəzeti”nin baş redaktoru: Qəzetimizdə milli məfkurə daşıyıcıları hər zaman üstün mövqe tutublar (MÜSAHİBƏ)

06 İyul 2020, 16:58 (GMT +4)
Taliban Rusiya ilə "anlaşmanın" kim tərəfindən hansı məqsədlə uydurulduğunu açıqlayıb

06 İyul 2020, 16:55 (GMT +4)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

06 İyul 2020, 16:47 (GMT +4)
Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb

06 İyul 2020, 16:40 (GMT +4)
Pakistanın Səhiyyə naziri koronavirusa yoluxub

06 İyul 2020, 16:23 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

06 İyul 2020, 16:18 (GMT +4)
Danimarka "Şimal Axını -2"nin yeni gəmilərdən istifadə edərək tikintisinə icazə verib

06 İyul 2020, 16:05 (GMT +4)
Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib

06 İyul 2020, 15:57 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

06 İyul 2020, 15:51 (GMT +4)
İranda son sutkada koronavirusdan 160 nəfərin ölümü qeydə alınıb

06 İyul 2020, 15:50 (GMT +4)
Çavuşoğlu: Türkiyə pandemiya dövründə 137 ölkəyə kömək edib 

06 İyul 2020, 15:38 (GMT +4)
DİN: Borclu şəxs qismində axtarılan altı nəfər saxlanılıb

06 İyul 2020, 15:26 (GMT +4)
Putin Nazarbayevi yubileyi münasibəti ilə təbrik edib

06 İyul 2020, 15:24 (GMT +4)
DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yayıb

06 İyul 2020, 15:04 (GMT +4)
Masallıda yığıncaqda iştirak edən 9 nəfər saxlanılıb

06 İyul 2020, 14:43 (GMT +4)
Luvr muzeyi karantindən sonra ziyarətçilər üçün açılıb

06 İyul 2020, 14:40 (GMT +4)
Rəsmi Moskva İranın nüvə obyektindəki partlayışa münasibət bildirib

06 İyul 2020, 14:35 (GMT +4)
DİM: I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək

06 İyul 2020, 14:22 (GMT +4)
KİV: İngiltərə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiya tətbiq edə bilər

06 İyul 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

06 İyul 2020, 13:43 (GMT +4)
ABŞ Çin əleyhinə yeni sanksiyaların tətbiqini istisna etmir

06 İyul 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 30 mini keçib

06 İyul 2020, 13:37 (GMT +4)
BDYPİ: 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

06 İyul 2020, 13:20 (GMT +4)
Lənkəranda əl qumbaraları və sursat aşkarlanıb

06 İyul 2020, 13:09 (GMT +4)
Rusiyada son sutkada COVID-19 yoluxanların sayı 6,6 min nəfəri keçib

06 İyul 2020, 12:58 (GMT +4)
DİN: Xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər həbs edilib

06 İyul 2020, 12:43 (GMT +4)
Kəbə evinə əl sürtmək və Qara daşı öpmək qadağan edilib

06 İyul 2020, 12:41 (GMT +4)
Rusiyanın Azərbaycanın hava məkanından istifadə edərək İrana zərbə endirməsi yalandır (RƏSMİ)

06 İyul 2020, 12:21 (GMT +4)
BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib

06 İyul 2020, 12:20 (GMT +4)
Ennio Morrikone vəfat edib

06 İyul 2020, 12:10 (GMT +4)
Hindistan COVID-19-a görə Tac Mahalın açılışını təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66