Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşları qəbul edib

31 Avqust 2019, 15:00 (GMT +4)

Bakı, 31 avqust, SalamNews.Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

SalamNews xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

Hicran Hüseynova vətəndaşlarla Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində görüşüb. Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.

Qəbulda komitə sədri ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Eyni zamanda, şimal rayonlarında qeydə alınan erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, eyni zamanda, müraciətləri qeydə alınıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Görüş çərçivəsində Xızı rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Həmin gün komitə sədrinin müavini Aynur Sofiyeva Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, həmçinin Quba və Qusardan olan vətəndaşların müraciətlərini dinləyib.

Qəbullara gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verilir

Fələstin Rusiyadan İsrailə təzyiqlərin göstərilməsini istəyib

Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək

243 ailə ilk dəfə olaraq yeni qayda ilə güzəştli mənzilə sahib olub

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Ailə NET sürətli fiber-optik internetin qiymətini kəskin endirib

HƏMAS Hizbullahın İsrailə cavab hücumunu alqışlayıb

Azərbaycanda 23 mindən çox ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib

Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib

Hizbullah liderinin xəbərdarlığından sonra Qəzzadan İsrailə 10-dan çox raket atılıb (VİDEO)

Hizbullah lideri Beyruta hücuma görə İsrailə ciddi xəbərdarlıq edib (VİDEO)

ABŞ-da prezidentliyə namizəd Konqresi İsrailə bütün dəstəkləri dayandırmağa çağırıb

Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Şəhid ailələrinin uşaqları üçün yay məktəbi təşkil edilib (FOTO)

Xərçəng xəstəliyinə qalib gələn Əsma Əsəd ilk dəfə ailəsi ilə birgə kamera qarşısına çıxıb (FOTO)

Poroşenko ailəsi ilə Ukraynanı tərk edib

Nazirlik 132 ailəyə mal-qara verib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil verilib

Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

15 Sentyabr 2019, 13:40 (GMT +4)
Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Sentyabr 2019, 13:27 (GMT +4)
Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir

15 Sentyabr 2019, 12:32 (GMT +4)
Bu gün Vasif Adıgözəlovun anım günüdür

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

14 Sentyabr 2019, 14:29 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

14 Sentyabr 2019, 14:02 (GMT +4)
Prezident İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

14 Sentyabr 2019, 13:50 (GMT +4)
Şərur Sənaye Məhəlləsi yaradılıb

14 Sentyabr 2019, 13:29 (GMT +4)
Husilər Səudiyyənin 2 böyük neft zavodunu bu gün vurduqlarını bəyan ediblər (VİDEO)

14 Sentyabr 2019, 13:27 (GMT +4)
FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

14 Sentyabr 2019, 12:57 (GMT +4)
Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

14 Sentyabr 2019, 12:41 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Sentyabr 2019, 12:35 (GMT +4)
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

14 Sentyabr 2019, 12:27 (GMT +4)
DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib

14 Sentyabr 2019, 12:02 (GMT +4)
Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

14 Sentyabr 2019, 12:01 (GMT +4)
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları Azərbaycana gəliblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66