Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Böyük Zəfər yürüşü uzaqda deyil

30 Avqust 2019, 12:11 (GMT +4)

Bakı, 30 avqust, SalamNews. "Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm".

SalamNewsxəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisi daha sonra bildirib:

"30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hücum”) belə bir zəfəri təmin etdi.

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni - işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.

İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə “Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz Müəlliminin - Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir

Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır

Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

Əli Həsənov: Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

Əli Həsənov: Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

Çeçenistan Respublikasının naziri Əli Həsənovun bəyanatını şərh edib

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

21 Yanvar 2020, 11:57 (GMT +4)
Fransada hücum hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

21 Yanvar 2020, 11:40 (GMT +4)
Husilər 116 hərbçinin ölümünə səbəb olan raket hücumunun məsuliyyətini qəbul etməyiblər

21 Yanvar 2020, 11:32 (GMT +4)
DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

21 Yanvar 2020, 11:22 (GMT +4)
Sudanda partlayış nəticəsində 7 nəfər ölüb

21 Yanvar 2020, 10:54 (GMT +4)
Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

21 Yanvar 2020, 10:53 (GMT +4)
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Yanvar 2020, 10:27 (GMT +4)
Netanyahu Hizbullahı «terrorçu» kimi tanıdıqlarına görə Kolumbiya və Hondurasa təşəkkür edib

21 Yanvar 2020, 10:19 (GMT +4)
Putin Konstitusiyaya dəyişiklik qanun layihəsini Dövlət Dumasına təqdim edib

21 Yanvar 2020, 10:01 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

21 Yanvar 2020, 09:58 (GMT +4)
Rusiyada yaşayış binasında baş verən yanğında 11 nəfər ölüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Tunisdə yeni baş nazirə hökumətin təşkili barədə göstəriş verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66