İran orbitə süni peykin buraxılmasının uğursuz olduğunu deyən iddialara münasibət bildirib30 Avqust 2019, 11:34 (GMT +4) Bakı, 30 avqust, SalamNews, B.Samid. İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ötən gün ölkədə süni peykin orbitə buraxılmasının uğursuz alınması ilə bağlı iddialara münasibət bildirib.
SalamNews xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri ötən gün ölkədə orbitə süni peykin buraxılmasının uğursuzluğu ilə bağlı iddiaları təkzib edib.
Məhəmməd Cavad Azəri Cəhromi rəsmi twitter səhifəsində yazıb:
"Belə xəbərlər yayılıb ki, ölkədə üçüncü dəfə orbitə süni peykin buraxılması müvəffəqiyyətli olmayıb. Doğrusu budur ki, Nahid-1 süni peykinin vəziyyəti yaxşıdır. Hal hazırda o labaratoriyadadır və jurnalsitlər gəlib ona baxış keçirə bilərlər."
Qeyd edək ki, bundan öncə Reuters bildirib ki, adının çəkilməsini istəməyən İran rəsmilərindən biri ötən gün "İmam Xomeyni" adına kosmodromda süni peykin buraxılmasından öncə daşıyıcı raketdə və platformada yanğının baş verdiyini bildirib.
Mənbə əlavə edib ki, İran rəsmisi yanğının texniki səbəbdən baş verdiyini və ölkə mütəxəssisləri tərəfindən problemlərin aradan qaldırılması istiqamətində işlərin aparıldığını deyib.
|