Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

30 Avqust 2019, 09:30 (GMT +4)

Bakı, 30 avqust, SalamNews.Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib.

O bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

Baş Nazir bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formalaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2018-2019-cu illərdə gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. “Cari ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb”, - deyən Baş Nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir.

Baş Nazir Novruz Məmmədov, həmçinin əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.

“Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələyə toxunan Baş Nazir vurğulayıb ki, Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir. Bu qayğının təzahürü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda öz əksini tapıb.

“2007-2019-cu illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu hesabına 42 daşınmaz tarix və mədəniyyət abidəsində bərpa, konservasiya və yenidənqurma işləri aparılıb, abidələrin ətrafında geniş abadlıq işləri görülüb. 154 tarixi əhəmiyyətli ərazi və abidədə arxeoloji qazıntı işləri aparılıb, elmi tədqiqatların nəticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduqdan sonra xüsusi fond və muzeylərə təhvil verilib”, - deyə Novruz Məmmədov əlavə edib.

Baş Nazir mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Vergilər naziri Mikayıl Cabbarovun, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

İclasa yekun vuraraq Baş Nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib

Azər Əmiraslanov Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri təyin edilib

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb

Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən ayrılıb

Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Azərbaycanda polietilen torbaların ödənişli olması ilə bağlı layihə Nazirlər Kabinetinə göndərilib

İraq baş naziri gələn həftə nazirlər kabinetində ciddi dəyişikliklər vəd edib

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Nazirlər Kabineti su, qaz və işıqla bağlı yeni tələbləri təsdiqləyib

Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktların qüvvəyə minməsi müddəti artırılıb

Nazirlər Kabinetinin rəsmi internet saytında yeniliklər edilib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66