Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Məcburi köçkünlər üçün “Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib (FOTOLAR)

27 Avqust 2019, 10:20 (GMT +4)

Bakı, 27 avqust, SalamNews.Avqustun 26-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib. Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon İcra hakimiyyətləri dəstək veriblər.

Bu barədə SalamNews-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan mədəniyyəti tarixində muğam ifaçılığının Qarabağ və Şirvan məktəbləri önəmli yer tutur. Hər iki məktəbin yetirmələri milli mədəniyyətimizin inkişafına sanballı töhfələr veriblər və bu missiyanı gənc ifaçılar nəsli davam etdirir. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.

Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda xüsusi hazırlanmış geyimlər xüsusilə göz oxşayıb. Gənc könüllü xanımlar baş örtüyü olan kəlağayılardan və araxçından istifadə edib, oğlanlar isə hər an döyüşə hazır olduqlarını göstərən, xüsusi hərbi geyimi xatırladan formada olublar. Geyimlərin məhz bu cür seçilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin qorunmasına göstərilən diqqətin bariz ifadəsidir.

Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Belə ki, ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə özündə əks etdirib.

Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Otuz ildir işğalçılıq siyasəti həyata keçirən Ermənistan xalqımızın Qarabağda əsrlər boyu yaratdığı mədəniyyət abidələrini məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərir.

Bir daha diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaq. Hazırda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir, indiyədək onlar üçün 104 qəsəbə salınıb. Bu layihələr işğaldan azad ediləcək ərazilərdə də davam etdiriləcək.

Artıq bir neçə ildir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri sayılan muğama verilən bəşəri dəyərin ifadəsidir. Azərbaycan muğamının şöhrəti artıq bütün dünyaya səs salıb. Tarixin dərin qatlarından bizə gəlib çatan bu mədəni-mənəvi sərvətin qorunub saxlanmasında və daha da zənginləşdirilməsində, muğam sənətinin inkişafı üçün hər cür şərait yaradılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb və beləliklə də onun dünya miqyasında təbliğinə geniş imkanlar açılıb. Azərbaycanın ərazi bütövlüyü məsələsinin, Qarabağ həqiqətlərinin bütün dünyaya çatırılması Fondun fəaliyyətinin ən mühüm istiqamətidir.

Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

Konsertdə muğamlarımız Beynəlxalq Muğam Mərkəzinin ansamblının və solistlərinin ifasında çoxsaylı tamaşaçılara təqdim olunub


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Fevral 2020, 18:00 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirilib

21 Fevral 2020, 17:57 (GMT +4)
Husilər Səudiyyənin strateji obyektlərinə edilən son ballistik hücumun detallarını açıqlayıblar

21 Fevral 2020, 17:52 (GMT +4)
Türkiyə səfiri: Ərdoğanın Azərbaycan səfərində bir sıra sənədlərin imzalanması gözlənilir

21 Fevral 2020, 17:44 (GMT +4)
Moskvada 20-dən çox çinli turist həkimlərdən qaçıb

21 Fevral 2020, 17:42 (GMT +4)
İcra başçısı başda olmaqla 6 nəfər DTX tərəfindən saxlanılıb (RƏSMİ)

21 Fevral 2020, 17:39 (GMT +4)
DİM kolleclərə tələbə qəbulu elan edib

21 Fevral 2020, 17:32 (GMT +4)
Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub

21 Fevral 2020, 17:25 (GMT +4)
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

21 Fevral 2020, 17:20 (GMT +4)
İtaliyanın XİN rəhbəri: İtaliya və Azərbaycan dost ölkələrdir

21 Fevral 2020, 17:16 (GMT +4)
Vüqar Əhmədov Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyib

21 Fevral 2020, 17:12 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqlayıb

21 Fevral 2020, 17:12 (GMT +4)
ABŞ-Taliban sülh sazişinin imzalanacağı gün açıqlanıb

21 Fevral 2020, 17:05 (GMT +4)
Məktəblilər arası Avropa Pul Viktorinasına qeydiyyat başlanıb

21 Fevral 2020, 16:59 (GMT +4)
Ərdoğan bu gün Putinlə İdlibi müzakirə edəcək

21 Fevral 2020, 16:50 (GMT +4)
Azərbaycanda I siniflərə qəbul elektron qaydada aparılacaq

21 Fevral 2020, 16:45 (GMT +4)
Kreml Rusiyanın ABŞ seçkilərinə "müdaxiləsi" ilə bağlı açıqlamalara münasibət bildirib

21 Fevral 2020, 16:43 (GMT +4)
Gündüz İsmayılov: Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır

21 Fevral 2020, 16:30 (GMT +4)
Bakının Baş Planın yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

21 Fevral 2020, 16:13 (GMT +4)
İsrail koronavirusa ilk yoluxma halının qeydə alındığını bildirib

21 Fevral 2020, 16:12 (GMT +4)
Ərdoğan, Makron və Merkel Suriya və Liviyanı müzakirə edib

21 Fevral 2020, 16:00 (GMT +4)
Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib

21 Fevral 2020, 15:50 (GMT +4)
Mirsalam Qəmbərov: Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır

21 Fevral 2020, 15:46 (GMT +4)
Boliviyada məhkəmə Evo Moralesin senatorluğa namizədliyini qeydə almaqdan imtina edib 

21 Fevral 2020, 15:38 (GMT +4)
DİM buraxılış imtahanının nəticələrini elan edib

21 Fevral 2020, 15:35 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4, yoluxanların sayı isə 18-ə çatıb

21 Fevral 2020, 15:26 (GMT +4)
ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

21 Fevral 2020, 15:21 (GMT +4)
“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

21 Fevral 2020, 15:12 (GMT +4)
Azercell ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

21 Fevral 2020, 15:04 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 156 nəfərə çatıb

21 Fevral 2020, 15:00 (GMT +4)
SOCAR büdcə ödənişlərini artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66